Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1446/2020 24.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 6, mənzil 61-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Oba” marketdən zeytun yağlarını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin sahə riəsi, polis mayoru X2 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Oba” marketdən hər birinin qiyməti 15 manat olan 2 ədəd zeytun yağı oğurlamışdır. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, bildirdi ki, o, xx xxxxxxx 2020-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Oba” marketdən hər birinin qiyməti 15 manat olan 2 ədəd zeytun yağı oğurlamışdır. Oğurluq etməsinə səbəb, yaşamaq üçün heç bir yerinin olmaması, dolana bilməməsidir. Hazırda törətdiyi əməlindən peşimandır və bir daha belə hallara yol verməyəcəkdir. Barəsində həbs növündə olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis mayoru Araz Osmanovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X1 DİN-nin “102” zəng xidmətinə müraciət edərək, satıcı işlədiyi “Oba” marketdən xx.xx.2020-ci il tarixdə 30 manat dəyərində yağ və 15 manat dəyərində spirtli içki oğurlandığını bildirmiş, daxil olmuş məlumat əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, oğurluq edən şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti Suraxanı RPİ-nin 31-ci PBnə verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs xırda talama növündə inzibati xətanı törətməsi hazırkı inzibati xəta haqqında işin materialları ilə və barəsində inzibati icraat aparılan şəxsin etirafı ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Məhkəmə, həmçinin inzibati xəta törətmiş Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, sonuncunun əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Tətbiq edilən ictimai işlər növündə inzibati tənbehin müddətini müəyyən edərkən məhkəmə qeyd edir ki, Azərbaycan Resüpublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2020-ci il tarixdə, saat 13:00-da azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona180 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №3(010)-1446/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1446/2020
24.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver