Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1448/2020 24.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərər çəkmiş şəxslər X2 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci ildə, saat 11:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində olarkən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Suraxanı RPİnin 30-cu PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3 göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 11:30 radələrində Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində baş vermiş qətl hadisəsi ilə əlaqədar olaraq yaxınlıqda yaşayan şəxslərdən məlumat almaq və şübhəli şəxslərin dairəsini müəyyən etməyə çalışan polis əməliyyatçılarını görüb qaçmış, daha sonra onu polis şöbəsinə dəvət edən zaman müqavimət göstərmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünüAzərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirlibilərək göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində yerləşən 3 nömrəli evdə yaşayır. Səhər vaxtı marketə çörək və siqaret almağa gedərdən polis maşınının yaxınlaşdığını görmüş və tələsdiyindən qaçmağa başlamışdır. Polis əməkdaşları onu saxlamış və özlərini təqdim etdikdən sonra ondan polis şöbəsinə gəlməsini tələb etdikdə o, getmək istəməmiş və polis işçilərinə müqavimət göstərməyə çalışmışdır. Hazırda törətdiyi əməldən peşimandır və bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində baş vermiş qətl hadisəsi ilə əlaqədar olaraq onlar qonşuluqda yaşayan şəxslər arasından şübhəli ola biləcək şəxslərin dairəsini müəyyən etmək üçün qeyd edilən ərazidə xidmətdə olarkən onların xidməti avtomobilini görən sonradan adının Şəxs olduğunu öyrəndikləri şəxs qaçmağa başlamış, onlar sonuncunu saxladıqdan və özlərini təqdim etdikdən sonra, Şəxs özünü şübhəli aparmasını müəyyən etmiş və şəxsiyyətini müəyyən etmək və izahatını almaq məqsədilə şöbəyə dəvət etdikdə sonuncu onlara müqavimət göstərmiş, şöbəyə gəlməyərək və onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X2 da digər zərərçəkmiş X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Belə ki, inzibati xətanın törədilməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidirdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31.4, 43, 106,112, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmmədov
Məhkəmə qərarları › İş №3(010)-1448/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1448/2020
24.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver