Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1449/2020 25.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Suraxanı RPİ-nin 31-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1972-ci ildə Gürcüstan, Bolnisi rayonu, Araxlo kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, M.Abbasov küçəsi, ev 6, mənzil 25-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 517-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci ildə hərbi rejim qaydalarını pozmuş və polisin qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Suraxanı RPİnin 31-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə hərbi rejim qaydalarını pozmuş və polisin qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs ŞəxsözünüAzərbaycan Respublikası İXM-nin 535.1-ci və 517-2.1-ci maddələri ilə təqsirlibilərək göstərdi ki, o, oğlu cəbhə bölgəsində olduğundan və sonuncudan xəbər ala bilmədiyinə görə narahat olmuş və spirtli içki qəbul edərək xx.xx.2020-ci il tarixdə, 21:00dan sonra yaşadığı mənzili tərk edərək hərbi rejim qaydalarını pozmuş, eyni zamanda polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkir. Bir daha belə hallara yol verməyəcək. Barəsində inzibati həbslə bağlı olmayan tənbeh növünün seçilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1və517-2.1-cimaddələrinin tərkibi vardır, ona görə də o, həmin maddələrlə təqsirli bilinib inzibati inzibati tənbeh edilməlidir. Bununla belə, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinin tələbinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, bir ayadək müddətə inzibati həbs, İXM-nin 517-2.1-ci maddəsinin sanksiyasında isə xəbərdarlıq edilməsi və ya əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulduğundan, həmin xəta İXM-nin 517-2.1-ci maddəsinə nisbətdə daha ağır hesab olunur. Ona görə də məhkəmə hesab edir ki,Şəxs barəsində İXM-nin 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən biri tətbiq olunmalıdır. İnzibati tənbeh növü seçərkən məhkəmə törədilmiş xətanın xarakterini və Şəxs şəxsiyyətini, habelə əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunanları nəzərə alan məhkəmə Şəxs barəsində cərimə tənbeh növünün seçilməsini əsaslı hesab edir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş AZA seriyalı, 009096 nömrəli “İnzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il, saat 22:00-da inzibati qaydada tutulmuş, xx xxxxxxx 2020-ci il, saat 12:00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin yuxarıda göstərilən maddəsini nəzərə alan məhkəmə Şəxs barəsində 100 manat məbləğində cərimə tənbeh növünün seçilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 517-2.1-ci maddələri ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Nizami rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №3(010)-1449/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1449/2020
25.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver