Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1451/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, onun 80 manat məbləğində cərimə olunmağı haqqında Bakı şəhər DYPİ-nin polis kapitanı X2 xx.xx.2024cü il tarixli, TP6272227 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhər X9 kapitanı lldırımzadə Fərid Cəmaləddin oğlunun xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Belə ki, cərimə edilməyinin səbəbi kimi xx.xx.2024-cü il tarixində saat 10:10-da Puşkin küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsi ərazisində “RENAULT MEGANE Minik" markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkət etməyi göstərilmişdir. Sözügedən ərazidə 64-70 km/saat sürət həddində hərəkət dən zaman sarı işığa düşmüşdür. İdarə etdiyi avtomobili saxlaya bilmədiyi üçün qəfil tormozlanma olmasın deyə həmin sarı işıqdan keçmək məcburiyyətində qalmışdır. Həmin an Bakı şəhəri DYPlnin əməkdaşı, polis serjantı Hüseynov Kənan idarə etdiyi avtomobili saxlayaraq ona bildirdi ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyə görə 80 (səksən) manat cərimə tətbiq edəcəkdir. O, X10 əməkdaşına bildirmişdir ki, hərəkət etdiyi sürət həddi təyin olunmuş yüksək həddə olduğu üçün, idarə etdiyi avtomobili saxlamaq olmadığı üçün məcburiyyətdən sarı işıq yanan zaman keçmişdir. Beləliklə, Bakı şəhər X10 İdarəsinin əməkdaşına “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İV bəndinin tələbini xatırlatmışdır. Həmin tələbinə görə işıqforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin 2-ci və Həmin maddənin yuxarı qaldırdıqda 3-cü hissələrində müəyyən edilən yerərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Həmin vaxt heç bir qanun pozuntusuna yol verməmişdir. Polis əməkdaşı onun haqlı tələbi ilə razılaşmayaraq, onun barəsində protokol tərtib edəcəyini bildirmişdir. Bildirir ki, həmin yolayrıcında kamera quraşdırılmışdır. Həmin kamera baş vermiş bu vəziyyəti çəkmişdir. Araşdırma üçün həmin kamera görüntülərindən istifadə etmək olar. Hüquqlarını, qanunun tələblərini pozmaqla tərtib edilmiş natamam (düzgün olmayan) protokol və onun əsasında verilmiş qərar qanuni hesab edilə bilməz. Bu səbəbdən də 80 manat məbləğində cərimə olunmağı haqqında Bakı şəhər DYPİ-nin polis kapitanı X2 xx.xx.2024-cü il tarixli, TP6272227 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər X11 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X11 İdarəsinə nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, şikayətçini dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmənin 13 may 2024-cü il tarixli iclasında iştirak edən Bakı şəhər X11 İdarəsinin nümayəndəsi Nümayəndə X5 tərəfindən verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətlə məhkəməyə müraciət edərək 80 manat məbləğində cərimə olunmağı barədə Bakı şəhər DYPl-nin polis kapitanı lldırımzadə Fərid Cəmaləddin oğlunun xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 25 yanvar 2024-cü il tarixində saat 10:10 radələrində idarə etdiyi RENAULT MEGANE minik markalı 77-BJ- 842 dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri Puşkin küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində svetoforun qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirərək yol hərəkəti qayda pozuntusuna yol vermişdir. Bu zaman ərazidə xidmət aparan Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru polis baş serjantı Kənan Hüseynov tərəfindən-sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən TP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək işə İdarədə baxılması haqqında məlumat vermişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin vəzifəli şəxsi polis kapitanı Fərid lldırımzadə icraatında olan inzibati xəta haqqında işə baxarkən törədilmiş xəta bilavasitə vizual olaraq YPX inspektoru tərəfindən aşkar edilsə də “Təhlükəsiz şəhər” müşahidə-nəzarət kamerası ilə qeydə alınmış videogörüntü arxivləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməl X5 tərəfindən törədilməsi təsdiqini tapdığından xx.xx.2024-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarla inzibati qaydada cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Şikayətdə göstərmişdir ki, sözügedən ərazidə 64-70 km/saat sürət həddində hərəkət edən zamanı sarı işığa düşmüş idarə etdiyi avtomobili saxlaya bilmədiyi üçün qəfil tormozlanma olmasın deyə həmin sarı işıqdan keçmək məcburiyyətində qalmışdır.Həmin an Bakı şəhəri DYPl-nin əməkdaşı polis serjantı Hüseynov Kənan idarə etdiyi avtomobili saxlayaraq ona bildirmişdir İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyə görə 80 manat cərimə tətbiq edəcək. O DYP-nin əməkdaşına bildirmişdir ki, hərəkət etdiyi sürət həddi təyin olunmuş yüksək həddə olduğu üçün idarə etdiyi avtomobili saxlamaq olmadığı üçün məcburiyyətdən sarı işıq yanan zaman keçmişdir. Bakı şəhər DYPl-nin əməkdaşına Yol hərəkəti haqqında Qanunun 60-cı maddəsinin İV bəndinin tələbini xatırlatmış və həmin maddənin tələbinə görə işıqforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin 2-ci və 3-cü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilmiyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Hesab edir ki, bu səbəbdən barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 25 yanvar 2024-cü il tarixində saat 10:10 radələrində idarə etdiyi RENAULT MEGANE minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri Puşkin küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində svetoforun qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirərək yol hərəkəti qayda pozuntusuna yol vermişdir. Bununla bağlı qeyd edir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsi bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; bu norma tətbiq oluna bilməz ona görə ki həmin yolun hərəkət hissəsində dəmiryol keçidi mövcud deyil, həmçinin 3-cü hissədə hər hansı icazə mövcud olmamışdır. Göründüyü kimi sürücü X5 25 yanvar 2024cü il tarixində saat 10:10 radələrində Bakı şəhəri, Puşkin küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində olan svetoforun qadağanedici işığına məhəl qoymayaraq hərəkətini davam etdirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Beləliklə də hesab edirik ki, X4 şikayətində göstərdikləri işin faktiki halları ilə uyğun gəlmir və onun tərəfindən yol hərəkəti qaydasını pozmasını təkzib edən hallar mövcud olmadığından şikayəti tam əsassızdır. Odur ki, X4 AR DİN Bakı şəhəri BPİ DYPl- nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan təmin edilməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tətqiq edilmiş video-görüntülərdən görünür ki, X5 idarə etdiyi “Renult Megane” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yanında olan digər nəqliyyat vasitələrini dayanmış halda olması, həmin sözügedən avtomobilin isə hərəkətini saxlamadan keçməsi müəyyən olunur. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntülər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “Renult Megane” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 tərəfindən Bakı şəhəri, Puşkin küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş video-görüntülərdən də müşahidə edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilmiş İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntuları tərəfindən həqiqətən törədilmiş, belə ki, həmin video-görüntü zamanı şikayət vermiş şəxsin əsas gətirdiyi maddənin tələbi olan müddəalar, yəni həmin müddəalara göstərilən istisnalar aşkar edilməmiş, bundan əlavə həmin görüntülər zamanı inzibati xəta törətmiş şəxsin svetoforun sarı işığından keçməsi halı təsbit edilməmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 60-cı maddəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Vİ. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər. Belə ki, şikayətdə göstərildiyi kimi “Renult Megane” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 60-cı maddəsinin dördüncü hissəsinə göstərilən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilməsi ilə bağlı olan hal müəyyən edilməmiş, əldə edilmiş video-görüntüdə inzibati xəta törətmiş şəxs X4 ətrafında olan digər minik avtomobillərinin dayanmasına fikir verməyərək, həmçinin yüksək sürəti olmadan keçməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Bakı şəhər X11 İdarəsinin 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1451/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1451/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver