Məhkəmə qərarları › İş №3(010)-1458/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1458/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1458/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs - xx.xx.1986-cı ildə Astara rayonu, Marzəsəy kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Marzəsəy kəndində qeydiyyatda olan. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, təxminən saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində xüsusi icazə vərəqəsi əsasında olarkən, həmin ərazidə mağazalardan birinin açıq olduğunu görmüş, ora yollanarkən polis əməkdaşları ona yaxınlaşaraq xüsusi icazəsinin olub-olmadığı yoxlayan zaman içkili olması səbəbindən polis əməkdaşlarını söymüş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu Polis Bölməsinə gətirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsininsahə rəisi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 150 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar