Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-146/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7, X1nın iştirakı ilə xx xxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi 19 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2019-cu ildə verilmiş 06 avqust 2019-cu tarixli 2(010)- 4099/2019 nömrəli icra vərəqəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 31 may 2016cı il tarixli 2(010)-4303/2016 saylı qətnaməsinə əsasən 14 yanvar 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək 14 yanvar 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 iyul 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq X3 verilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi 19.09.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından 29.11.2019-cu il tarixdə onun şöbəyə məcburi gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə ilkin izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Bununla əlaqədar borcluya tələbi təmin etməsi üçün təkrarən vaxt verilmişdir. İcra sənədinin icrası müddətində borclunun tələbkarın xeyrinə əsaslı qaydada ödəniş etmədiyini nəzərə alaraq 01.12.2021-ci tarixdə onun şöbəyə gətirilməsi təmin edilərək növbəti dəfə izahatı alınmışdır. Borclu izahatında 06.01.2021-ci il tarixə qədər tələbkarın xeyrinə 1000 manat ödəniş edəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş, nəticədə bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. İcraat dövründə borclu tərəfindən tələbkarın xeyrinə sonuncusu 13.09.2021-ci il tarixdə 60 manat olmaqla ümumilikdə 1.640 manat ödəniş edilsə də, 19.01.2022-ci il tarixə 3.160 manat borc yaranmışdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 da bildirmişdir ki, şəxs Şəxs uşağı ilə maraqlanmır, bu günədək yaranmış aliment borcundan cəmi 1.640 manatını ödəmişdir. Qeyd edir ki, borclu həqiqətən də uşaqların saxlanılması ilə bağlı aliment borcunu ödəməkdən yayınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunla nəzərdə tutulmuş tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 160 manat təşkil etdiyi halda, bu gün üçün borc məbləği 3.160 manat təşkil edir. Bu isə borclunun uzun müddət üzrə alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 19 yanvar 2022-ci il tarixindən saat 16:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-146/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-146/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver