Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1466/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, “Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1997-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2-2(113)- 4912/2021 saylı icra sənədinə dair icra vərəqəsi üzrə 472.350 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında “Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, “Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətindən 20 dekabr 2019-cu il tarixdə 0811 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil 472.000 (dörd yüz yetmiş iki min) manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti tutularaq “Shalset Group” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Hazırda “Shalset Group” məhdud məsuliyyətli cəmiyyəti Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətinə qarşı olan tələblərindən imtina etmişdir. X1 məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, “Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Təsis payının alqı-satqısı” barədə 13 sentyabr 2021ci il tarixli müqavilədən görünür ki, Şəxs “Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətinin 100% payını X3 almışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2-2(113)-4912/2021 saylı icra sənədinə dair icra vərəqəsindən görünür ki, “Caspian- STR” məhdud məsuliyyətli cəmiyyətindən 20 dekabr 2019-cu il tarixdə 0811 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil 472.000 (dörd yüz yetmiş iki min) manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti tutularaq “Shalset Group” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 31 yanvar 2022-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2-2(113)-4912/2021 saylı icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində üzrə icraata başlanılmış, borclu “Caspian-STR” məhdud məsuliyyətli cəmiyyətinə 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş “Shalset Group” məhdud məsuliyyətli cəmiyyətinin 19 may 2022-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi üzrə tələbkar “Shalset Group” məhdud məsuliyyətli cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2-2(113)-4912/2021 saylı icra sənədi üzrə tələblərindən imtina etmişdir. İcra sənədi üzrə bütün icra tədbirlərinin ləğv olunaraq, icra sənədinin Bakı Kommersiya Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2-2(113)-4912/2021 saylı icra sənədi üzrə tələbkar “Shalset Group” məhdud məsuliyyətli cəmiyyəti icra sənədi üzrə tələblərindən imtina etmiş, icra sənədi üzrə bütün icra tədbirlərinin ləğv olunaraq, icra sənədinin Bakı Kommersiya Məhkəməsinə qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra sənədi üzrə tələbkarın icra sənədi üzrə tələblərindən imtina etməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Kommersiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, e-2- 2(113)-4912/2021 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1466/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1466/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver