Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-147/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, tələbkar Musayeva (Piriyeva) Nargilə İsmayıl qızının, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxx 1976-cı ildə Qazaxıstan Respublikası Kustanay vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 19 yanvar 2022-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 14 sentyabr 2018-ci ildə verilmiş 12 sentyabr 2018-ci il tarixli 2(103)-8494/2018 nömrəli icra sənədinə əsasən, Şəxs 29 dekabr 2010-cü il təvəllüdlü X3 və 27 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 30 oktyabr 2017-ci il tarixdən başlayaraq X1 xeyrinə hər ay hər bir uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi icra şöbəsinə daxil olmuş, icra sənədinin müvafiq qaydada icraatına başlanılaraq bu barədə tərəflərə məlumat göndərilmişdir. Borclunun 11 aprel 2019-cu ildə şöbədə yazdığı izahatından görünür ki, borcu tam olaraq ödəməyə maddi vəziyyəti imkan vermir. Bundan başqa borclunun 03 oktyabr 2019-cu ildə şöbədə yazdığı izahatından görünür ki, icra sənədi üzrə borcu onun hər ay əmək haqqının 70 faizi tutulması ilə ödənilir, aliment borcundan silinməsi üçün hər ay tələbkara 50-100 manat pul ödəyir və alimentdən əlavə övladlarının təhsil ilə bağlı xərclərini öz üzərinə götürmüşdür. Hazırda borclunun tələbkara olan borcu 4.143,23 manat təşkil edir. Tələbkar Musayeva (Piriyeva) Nargilə İsmayıl qızı da icra məmurunun bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, borclu uşaqların saxlanılması üçün aliment ödəməkdən yayınır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 4.143,23 manat məbləğində aliment borcu vardır. Ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin bildirir ki, 2021-ci ili naprel ayından etibarən uşaqlardan biri faktik olaraq onun yanında qalır və uşağın bütün maddi ehtiyaclarını özü ödəyir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-147/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-147/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver