Məhkəmə qərarları › İş №3(010)-147/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-147/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-147/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi və müdafiəçis Vəkil iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində İXM-in 602.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN №1494447 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, “X5 Limited” şirkətində aparılması nəzərdə tutulmuş plandankənar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməmiş və şirkətin ərazisinə baxış keçirilməsinə maneçilik yaradılmışdır. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil izahatında bildirdi ki, “X5 Limited” Şirkəti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2006-ci il 14 sentyabr tarixli, 1670 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X4 Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında bağlanmış “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxili olduğu blokun bərpası, işlənməsi, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 3 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində bağlanmış Sazişin (bundan sonra “Saziş” adlanacaq) 8-ci maddəsinə uyğun təsis edilmiş Podratçı adından gündəlik neft-qaz əməliyyatlarını həyata keçirən əməliyyat şirkətidir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq əməkdaşları Zığ qəsəbəsi “Abşeron Oil” şirkəti tərəfindən gölün ətrafının çirklənməsi və qanunsuz hasar çəkilməsi” ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş məlumata əsasən növbədən kənar (əsas:insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və.s) qeyd edilən ərazidə araşdırma aparmaq istəmişlər. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanına əsasən müstəsna yoxlamaların aparılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığına dair hər hansı sənədi Əməliyyat Şirkətinə təqdim etməmişdirlər. Həmin icazənin zəruruliyi və digər xüsusatlarla bağlı idarəyə məktub da ünvanlanmışdır. Əlavə olaraq qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, SOCAR-ın rəhbərliyinə, Ədliyyə Nazirliyinə müvafiq məktublar ünvanlanmışdır. Bundan əlavə, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas olaraq vətəndaşlar Abdullayev Cəmil, Cananov Azər və Səxavət Yusif tərəfindən müxtəlif vaxtlarda ərazidə məişət tullantılarının oraya tökülüb yandırılması ilə əlaqədar müraciətlər etmişdirlər. Lakin sözügedən vətəndaşlar Əməliyyat Şirkətinə yazılı qaydada müraciət edərək şikayət etmədiklərini və Əməliyyat Şirkətinə qarşı heç bir tələblərinin olmadığını bildirmişdirlər. xx.xx.2022-ci il tarixdə "xxxx" vasitəsilə ("xxxx" MMC tərəfindən vurulan möhürdən (təqvim ştempeli) aydın şəkildə görünür) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs Askhatoviçin yaşadığı ünvana tarixi xx.xx.2022-ci il göstərilməklə G-BM/2622-554 nömrəli məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi “Abşeron Oil” şirkəti tərəfindən gölün ətrafının çirklənməsi və qanunsuz hasar çəkilməsi” ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş məlumata əsasən aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 10:00-da “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filiahnımn rəhbəri Şəxs Askhatoviçin ya özü ya da səlahiyyətli nümayəndəsinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. Göstərilən müddət ərzində gəlməyəcəyi təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi qeyd edilmişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs yaşadığı ünvana əlavə olaraq xx.xx.2022-ci il tarixli C- BM/2622-566 nömrəli məktub daxil olmuşdur. Məktubda əvvəlki xx.xx.2022-ci il tarixdə daxil olmuş məktuba istinad edərək qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:00da Şəxs ya özü ya da səlahiyyətli nümayəndəsinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlmədiyinə görə idarənin əməkdaşı X6 tərəfindən Şəxs Asklıatoviçin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilərək sonuncu barəsində xx.xx.2022-ci il tarixdəMN № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə bu məktuba 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən şirkətin qeyd edilən ərazisinə daxil olmalarına icazə verilməməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 76007 nömrəli akt da əlavə edilmişdir. MN№ ******* nömrəli İnzibati xəta haqqında protokolu nəzərdən keçirərkən aşağıda qeyd edilən xüsusatlar müəyyən edilmişdir: xx.xx.2022-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq əməkdaşları tərəfindən şirkətin qeyd edilən ərazisinə baxış keçirilməsinə maneçilik törədilməsinə dair tərtib olunmuş akt zamanı Şirkətin rəhbəri Şəxs deyil, başqa şəxs olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə Şirkətin rəhbəri təyin olunmuşdur. Bundan başqa Şəxs plandankənar yoxlamaya aid sənədlərin yoxlayıca təqdim edilməməsi barədə aparılan qeyd də həqiqətəuyğun deyildir. Cünki, yuxarıda qeyd etdiyim kimi, sonuncunun məlumatı olmamışdır ki, xx.xx.2022-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. Bununla bağlı şirkətə ünvanlanmış məktub vaxtında çatdırılmamış və İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra həmin dəvət məktubu xx.xx.2022-ci il tarixdə şirkətə daxil olmuşdur. Sonda İnzibati xəta haqqında protokolda göstərilən iki xüsusatla bağlı bir daha qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Şirkətin rəhbəri vəzifəsində Şəxs olmamışdır, bundan əlavə qarşı tərəf qeyd etdiyim ki, müvafiq icazəni də təqdim etməmişdir. xx.xx.2022-ci il tarixdə qeyd edilən İdarəyə dəvət edilməsindən məlumatsız olmuş və yalnız xx.xx.2022-ci il tarixdə xəbərdar olmuşdur. Bu da ona dəlalət edir ki, Şəxs təqsirli olaraq və inzibati məsuliyyətə səbəb olan əməl törətməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs Askhatoviçin barəsində İXM-nin 602.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılmasına xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndəsini göndərməmişlər və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokola əsasən inzibati xətanın X3 tərəfindən törədilməsi qeyd edilmişdir. Protokolda törədilən inzibati xəta kimi qeyd edilmişdir ki, “X5 Limited” şirkətində aparılması nəzərdə tutulmuş plandankənar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməmiş və şirkətin ərazisinə baxış keçirilməsinə maneçilik yaradılmışdır. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri yoxdur. Onun təqsiri süğuta yetirilmir. Belə ki, İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində İXM-in 602.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN №1494447 saylı inzibati xəta haqqında protokol “X5 Limited” barəsində deyil, X3 barəsində tərtib edilmişdir. Bununla əlaqədar məhkəmə ilk olaraq inzibati protokol tərtib edildiyi hadisə zamanı X1 “X5 Limited” şikətinin vəzifəli şəxs qismində həqiqi səlahiyyətlərinin mövcud olub-olmamasına diqqət yetirməlidir. Məhkəmə araşdırılması zamanı barəsində inzibati protokol tərtib edilmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “X5 Limited” şirkətinin direktoru Kİrdoda İqor İvanoviç tərəfindən verilmiş etibarnaməyə əsasən X3 yalnız 05 oktyabr 2022ci il tarixidə şirkətin Azərbaycan Respublikasındakı filalının rəhbəri vəzifəsinə təyin edilmişdir. Həmçinin “X5 Limited” şirkəti tərəfindən 06 oktyabr 2022-ci il tarixli əmrinə əsasən bağlanmış ənmək müqaviləsinə əsasən, X3 06 oktyabr 2022-ci il tarixdən etibarən “X5 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filalının rəhbəri vəzifəsinə təyin edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə araşdırılmasının predmeti olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində İXM-in 602.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN №1494447 saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş 760007 nömrəli akta əsasən 29 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar tərtib edilmişdir. Məhkəmə araşdırılmasının nəticəsindən görünüdüyü kimi X3 həmin an “X5 Limited” şirkəti ilə nə əmək, nə də digər hüquqi münasibətlərinə daxil olmamış, onun vəzifəli şəxs olaraq hər hansı bir yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etmək və yaxud şirkətin ərazisinə baxış keçirilməsinə icazə verib-verməmək səlahiyyəti yox idi. Bununla da tərtib edilmiş protokol məhkəmə tərəfindən əsassız hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanına əsasən müstəsna yoxlamaların aparılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığına dair hər hansı sənədi “X5 Limited” Şirkətinə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanın 3-cü bəndinə əsasən yoxlamalar müəyyən məhdudiyyətlərlə aparılır:.. 3.2. bu Fərmanla təsdiq edilən Siyahının 1.7-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-İə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-İə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan inzibati xəta barədə protokolu mövcud maddi və prosessual qanunvericiliyin pozulması ilə tərtib edilmiş, səlahiyyəti olmayan şəxs barədə tərtib edilmiş, yoxlamanı aparan orqanın da səlahiyyəti yoxlanılmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. AİHM-nin Mihaleçinin Ruminiyaya qarşı işində qeyd etdiyi kimi şəxsin təqsirli olubolmamasını müəyyən etmək üçün ilk növbədə hadisə ilə bağlı pozuntular müəyyən edilir və şəxsin həmin pozuntulara nə dərəcədə aidiyyəti olduğu müəyyən edilir. Əgər şəxsin həmin pozuntularla əlaqəsi sübut edilərsə, həmin şəxs ittiham edilir, əgər pozuntularla əlaqəsi sübut edilməzsə, bu zaman bəraət almış olur. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar