Məhkəmə qərarları › İş №3(010)-1470/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1470/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1470/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs, 08 iyul 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta ixtisas təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi, 16 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)- 5307/2016 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10.235 ABŞ dolları 25 sent borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutulacaq məbləğ Şəxs məxsus “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə (Ban- WVGZZZ7LZ7D055586, mühərrik BHK017064, 2006-cı il buraxılış, ağ rəngli, tip universal) yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və onun satışından əldə olunmş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə ilə 3.000 manata satmışdır. Həmin nəqliyyat vasitəsinin hal-hazırda harada olmasından məlumatı yoxdur. Nəqliyyat vasitəsini alan şəxs 19.700 ABŞ dollar məbləğində borcu 10.000 ABŞ dolları məbləğinə qədər ödəmişdir. Sonda Şəxs qeyd etdiklərini nəzərə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)- 5307/2016 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 10.235 ABŞ dolları 25 sent və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tutma ipoteka predmeti olan “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək borcun ödənilməsi təmin edilməlidir. Sözügedən icra sənədi şöbənin icraatına 13 fevral 2017-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılaraq bu barədə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin buna baxmayaraq borclu hal-hazıradək məhkəmə qərarının icrasını təmin etməmişdir. Belə ki, borclu Şəxs “İpoteka haqqında” AR Qanunun 25.3-cü maddəsinin tələblərini kobud surətdə pozaraq ipoteka predmeti olan əmlakı qeyri-qanuni yolla başqa şəxsə satmışdır. Halbuku qanunvericiliyin tələbinə əsasən ipoteka qoyanın əsas vəzifələrindən biri də ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək və ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görməkdən ibarətdir. Borclu dəfələrlə şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati, o cümlədən Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olunsa da, bundan özü üçün heç bir nəticə çıxarmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmiş, lakin hal-hazıradək hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəmir, ipoteka predmeti olan nəqliyyat vasitəsini isə faktiki olaraq özgəninkiləşdirməklə icra sənədinin icrasına maneələr yaradır. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Sonradan isə borclu ümumiyyətlə çağırış üzrə gəlməkdən yayındığına görə onun şöbəyə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclu yalnız 22 oktyabr 2021-ci il tarixdə şöbəyə gətirilmiş və o, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)-5307/2016 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 10.235 ABŞ dolları 25 sent və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmeti olan “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək borcun ödənilməsi təmin edilməlidir. Lakin borclu ipoteka predmeti olan nəqliyyat vasitəsini faktiki olaraq özgəninkiləşdirməklə icra sənədinin icrasına maneələr yaradır. İcra məmuruna dəfələrlə müraciət edərək icra sənədinin icrasını təmin etməsini xahiş etsə də bunun heç bir nəticəsi olmamışdır. Belə ki, borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini icra etməkdən boyun qaçırır. Sonda A.E.Mikayılov borclunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)-5307/2016 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 10.235 ABŞ dolları 25 sent borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutulacaq məbləğ Şəxs məxsus “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə (Ban-WVGZZZ7LZ7D055586, mühərrik BHK017064, 2006-cı il buraxılış, ağ rəngli, tip universal) yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və onun satışından əldə olunmş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 13 fevral 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)-5307/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 13 fevral 2017-ci il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)-5307/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Həmin bildirişin surəti Şəxs 16 mart 2017-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş əmlakın axtarılması haqqında 03 mart 2017-ci il tarixli qərardan görünür ki, borclu Şəxs məxsus “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə inibzati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs cəmi 10.235 ABŞ dolları 25 sent və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə, tələbin ipoteka predmeti olan “Volkswagen Touareg” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(010)-5307/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 13 fevral 2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmasına, tələbin könüllü icrası barədə bildirişin Şəxs 16 mart 2017-ci il tarixdə şəxsən təqdim edilməsinə baxmayaraq, sonuncu təxminən 04 il 08 ay ərzində icra sənədini icra etməmiş, ipoteka predmeti olan nəqliyyat vasitəsini isə faktiki olaraq özgəninkiləşdirməklə icra sənədinin icrasına maneələr yaratmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar