Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1471/2021 23.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, Məhkəmə iclas katibi X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Ağstafa rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Ağstafa rayonu, X3 küçəsi ev 65 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs 22.10.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, 22.10.2021-ci il tarixdə saat 15:30 radələrində Hyunday markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hövsan qəsəbəsində YPX-nin əməkdaşı onun avtomobilini saxlamışdır. O sürücülük vəsiqəsinin olmadığını YPX əməkdaşına bildirmişdir. Sonra avtomobili idarə edərək blokun qarşısında saxlamış və avtomobilin qapısını bağlamışdır. Polis əməkdaşına isə avtomobili evakuatorla götürüb aparmasını bildirmişdir və bu vaxt onlar arasında mübahisə yaranmışdır. Polis əməkdaşı ondan 150 manat rüşvət istəmişdir ki, onu buraxsın. O baş vermiş hadisədə özünü təqsirli bilir və əməlindən peşmandır, polis əməkdaşı ilə onun arasında anlaşılmamazlıq olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin YPXnin inspektoru polis baş serjantı X2 ifadə verərək bildirmişdir ki, 22.10.2021-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən Hyunday markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən saxlanılmış və saxlanılan zaman sənədlərin təqdim olunması xahiş olunmuşdur. Lakin sürücü onun sürücülük vəsiqəsinin olmadığını və avtomobilin ona məxsus olmadığını bildirmişdir. Bu zaman avtomobilin duracağa aparılacağını bildirsə də, sürücü yenidən avtomobilə əyləşərək yüksək sürətlə avtomobili idarə etmişdir. O həmin avtomobili təqib edərək saxlamasını tələb etmiş və bu zaman sürücü ona qarşı kobud və nəlayiq ifadələr işlətmişdir. O həmin vətəndaşı qanuna tabe etməyə dəvət etsə də, bu zaman Şəxs əsassız olaraq polisin qanuni göstərişlərinə tabe olmamış və tabesizlik göstərmişdir. Bununla əlaqədar olaraq PPXB-dən kömək istəmiş və həmin əməkdaşlar gəldikdən sonra həmin vətəndaşı 30-cu Polis Bölməsinə dəvət etmişlər. Avtomobil isə mühafizə olunan duracağa yerləşdirilmişdir. İş materiallarında olan 23.10.2021-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməyib. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə-inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №3(010)-1471/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1471/2021
23.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver