Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1476/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1971-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 16(010)-15/2022 icra vərəqəsinə əsasən 08 iyul 2006-cı il təvəllüdlü X5 və 12 avqust 2011-ci il təvəllüdlü Kamalzadə ibrahim Azər oğlunun saxlanılmaları üçün cavabdehdən müvəqqəti olaraq hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. İnzibati materiallar araşdırılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, onun aliment borcunun olması barədə məlumatı bugün olmuşdur. Belə ki, icra məmuru bugünə qədər ona aliment borcu barədə məlumat verməmiş, ümumiyətlə onunla hazırki vaxtadək əlaqə saxlamamışdır. O, ilk dəfə bugün icra şöbəsində olmuşdur. O, aliment borcunu ödəməkdən yayınmır. İcra məmuru ona icraata başlamaq haqqında qərarı ona təqdim etməmiş, aliment borcunu ödəməsi üçün ona könüllü müddət vermədən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa icra məmuru ona, barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolun müvafiq qrafalarında imza etdirsə də həmin protokolun surətini ona verməmiş, habelə hüquq və vəzifələrini izah etməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında protokolun surəti ona verilməli, hüquq və vəzifələri izah edilməli idi. Odur ki, onun hüquqları pozulmuşdur. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə icra haqqında qanuna əsasən aliment dərhal icra edildiyi üçün borcluya könüllü müddət vermədiyini bildirdi. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti verilməlidir. İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması zamanı, o cümlədən məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallardan isə müəyyən edildi ki, Şəxs barəsində tərtib edilmiş 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətinin verildiyi qrafada da icra məmuru tərəfindən Şəxs imza etdirilsə də, lakin protokolun surəti sonuncuya təqdim edilməmişdir. Bundan başqa, iş materialarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 16(010)-15/2022 icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın və bildirişin borcluya təqdim edilməsi, borcluya könüllü icra müddəti verilməsi, habelə borclunun icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunması barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxslərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş 27 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 qaytarılsın. Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1476/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1476/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver