Məhkəmə qərarları › İş №3(010)-1479/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1479/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1479/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu X2 Bakı şəhər Suraxanı rayon 32-ci Polis Bölməsinin 03 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər Suraxanı rayon 32-ci Polis Bölməsinin 30 sentyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X4 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Suraxanı rayon 32-ci Polis Bölməsinin 30 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən EXP ******* saylı, 03.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında EPQ seriyalı 1116027, 03.09.2021-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan 03.09.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Suraxanı rayon 32-ci Polis Bölməsi tərəfindən X4 barəsində tərtib olunmuş inzibati protokol əsasında qəbul olunmuş qərar sonuncuya 23.09.2021-ci il tarixdə göndərilmişdir. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi üzrə qəbul olunmuş 03.09.2021-ci il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, X3 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: X2 Bakı şəhər Suraxanı rayon 32-ci Polis Bölməsinin 03 sentyabr 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. X3 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar