Məhkəmə qərarları › İş №3(010)-1482/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1482/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1482/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X7 iştirakı ilə, Şəxs, xx xxxx 1986-cı ildə Murmansk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-16(010)- 27/2023 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X7 23 fevrsl 2016-cı il təvəllüdlü X6 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək sərbəst (cavabdeh Şəxs iştirakı olmadan) ünsiyyətdə olması müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Belə ki, uşağı məhkəmə qərarı ilə müəyyən olunmuş vaxtda atası ilə görüşməsi üçün icra şöbəsinə gətirir, lakin uşaq atası ilə görüşmək istəmir. Tələbkar onu təhqir edir, uşaq da bunu görür və atası ilə görüşmək istəmir. Sonda Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. Eyni zamanda Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin Şəxs qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə görüş təyin edilsə də, Şəxs müxtəlif bəhanələr ilə 23 fevrsl 2016-cı il təvəllüdlü X3 atası ilə görüşə gətirməmişdir. Göründüyü kimi Şəxs bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini qəsdən icra etmir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-16(010)-27/2023 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X7 23 fevrsl 2016-cı il təvəllüdlü X6 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək sərbəst (cavabdeh Şəxs iştirakı olmadan) ünsiyyətdə olması müəyyən edilmişdir. Buna baxmayaraq Şəxs müxtəlif əsassız səbəblər gətirərək qərəzli olaraq icra sənədinin icrasından yayınır. Uşaq ona bildirir ki, anası görüşə icazə vermir. Məhkəmə qərarı bir dəfə belə icra olunmamışdır. Bir valideyin kimi o, uşağını görmək istəyir. X4, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-16(010)-27/2023 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X7 23 fevrsl 2016-cı il təvəllüdlü X6 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək sərbəst ( cavabdeh Şəxs iştirakı olmadan) ünsiyyətdə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-16(010)-27/2023 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan tələbin könüllü icrası haqqında 03 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-16(010)-27/2023 nömrəli icra sənədində göstərilən tələbin könüllü olaraq dərhal icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli aktdan görünür ki, 04 fevral 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 atası X9 ilə ünsiyyətdə olması borclunun uşağı icra sənədində təyin olunmuş müddətdə, yəni 20 dəqiqə gec gətirməsi səbəbindən görüş baş tutmamışdır. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli aktdan görünür ki, 11 fevral 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 atası X9 ilə ünsiyyətdə olması təmin edilsədə X6 göstərilən müddətdə atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli aktdan görünür ki, 25 fevral 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 atası X9 ilə ünsiyyətdə olması təmin edilsədə X6 göstərilən müddətdə atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İş materiallarında olan 04 mart 2023-cü il tarixli aktdan görünür ki, 04 mart 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 anası ilə əlaqə saxlanıldı. O, uşağın xəstə olmasını bildirərək uşağı görüş yerinə gətirməmiş eyni zamanda uşağın xəstə olması barədə tibbi arayışı şöbəyə təqdim etməmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli aktdan görünür ki, 11 mart 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 atası X9 ilə ünsiyyətdə olması təmin edilsədə X6 göstərilən müddətdə atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli aktdan görünür ki, 18 mart 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 atası X9 ilə ünsiyyətdə olması təmin edilsədə X6 göstərilən müddətdə atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İş materiallarında olan 25 mart 2023-cü il tarixli aktdan görünür ki, 25 mart 2023-cü il tarixdə keçirilən icra hərəkətləri nəticəsində X2 atası X9 ilə ünsiyyətdə olması təmin edilsədə X6 göstərilən müddətdə atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Buna görə də məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar