Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1483/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, X5, xx xxxxxx 1962-ci il Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 32QN4VP, evli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 24B nömrəli evin 29 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhər Dövlət X9 əməkdaşı X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Dövlət X9 əməkdaşı X4 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə R.A.Həziyev Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə X5 Bakı şəhər Dövlət X9 əməkdaşı X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs R.A.Həziyev şikayətini müdafiə edərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 13:12-də Bakı şəhəri, Z.Bünyadov prospektində özünə məxsus “Mercedes Benz E280” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərək “Ayna Sultanovanın heykəli” deyilən ərazidə körpünün altında, Dövlət Vergi Xidmətinin X1rşısındakı yol ayrıcına daxil olub hərəkətini davam etdirərkən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Etiraz edərək barəsində tərtib edilmiş protokolun aidiyyəti hissəsində vəsatətini yazmışdır. Həmin tarixdən 02 ay 12 gün keçməsinə baxmayaraq o, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 dəvət edilməmişdir. Barəsində protokol tərtib ediləndən təxminən 02 ay 10 gün sonra, yəni xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhər Dövlət X9 polis kapitanı X4 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 60 manat məbləğində cərimə edildiyini öyrənmiş, həmin qərar rəsmi qaydada ona göndərilmədiyi üçün xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhər Dövlət X7 gedərək qərarın təsdiq olunmuş surətini almışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda vəsatət yazaraq etirazını bildirsə də icraat aparılan zaman inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakı hər hansı bir formada (bildiriş, SMS, telefon zəngi və s.) təmin edilməyib, yəni işə baxılmasının yeri və müddəti barədə heç bir məlumatı olmamışdır. Buna görə də R.A.Həziyev Bakı şəhər Dövlət X9 əməkdaşı X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər Dövlət X9 əməkdaşı X4 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki hallarından isə müəyyən edilmişdir ki, Bakı şəhər Dövlət X9 əməkdaşı X4 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı R.A.Həziyevin iştirakı olmadan qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış R.A.Həziyevə, inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə rəsmi qaydada məlumat verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti təmin edilsin. Bakı şəhər Dövlət X9 əməkdaşı X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1483/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1483/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver