Məhkəmə qərarları › İş №3(010)-1483/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1483/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1483/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1nun iştirakı ilə, Barəsində qərar qəbul edilən şəxs X3 Xəzər Rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Xəzər Rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli qərardan şikayət verərək, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin Xidmət üzrə Rəis müavini E.Əhmədovun barəsində qəbul etdiyi xx.xx.2023-ci il tarixli, M№ ******* saylı X7 Haqqında Qərarı ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, Xəzər rayon Polis İdarəsində barəmdə xx.xx.2023-ci il tarixli, MN№ ******* saylı X7 Haqqında Qərar tərtib edilərək AR İXM-nin 243.0.1-ci maddəsi ilə (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə) ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası tətbiq etmişdir. Heç bir günahı olmadığı halda barsində protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. O, təqdim olunan vərəqin məzmununu sonradan oxuyaraq müəyyən edilmişdir ki, Polis İdarəsinin Xidmət üzrə Rəis müavini E.Əhmədov barəmizdə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş MN № ******* saylı İnzibati xəta haqqında protokolu əsas götürüərək AR İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsini əüzrə məni təqsirli bilmiş və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası tətbiq etmişdir. Həmin Qərarla razılaşmır, qanunsuz və ədalətsiz olduğundan ləğv edilməsi üçün şikayət vermişdir. Qərarı məzmunundan və tərtib olunmuş sənədlərdən müəyyən olunur ki, guya o, hansısa inzibati xəta törətmişdir.Lakin nə etmişdir məlum deyil.Hansı xətanı törətmişdir bilinmir və əsassız yerə 1500 manat ödəməlidir. Halbuki, protokol tərtib olunarkən açıq və aydın qeyd olunmalı idi ki, o, nə etmişdir, hansı xətanı törətmişdir. Harada və hansı nəqliyyət vasitəsilə, hansı qaydada yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmuşdur. Onun heç bir qəsdimolmamışdır. İnzibati xəta törətmək üçün buna meyilli şəxs deyildir. Bu günədək heç bir xətası qeydə alınmamışdır. Özü qanunlara hörmət edən ailənin övladıdır və bugünədək barəsində heç bir inzibatı tənbeh tədbiri görülməmişdir. Hazırkı vəziyyətdə isə qanunun yuxarıda qeyd olunan normaları pozulmuşdur. Qanunun norması dügün tətbiq edilməmiş və cərimələnmişdir. O, heç bir xəta törətməmişdir. Halbuki, xəta əməlinin nədən ibarət olması ona izah olunmalı, video çəkiliş vasitəsi ilə görüntüyə baxılmalı və tətbiq olunan maddəsinin məzmunu ilə məzmun arasında səbəbli əlaqə müəyyən olunmalı idi. Polis İnspektoru və vəzifəli şəxslər isə bunlara əməl etməyib, müşahidə kamerası və ya digər sübutları toplamayıb materialları , digər qeydlərini araşdırmadan barəsində qərar tərtib etmişdir. Beləliklə də, hüquqları kobud surətdə pozularaq, əsassız yerə inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin Xidmət üzrə Rəis müavini E.Əhmədovun barəsində qəbul etdiyi xx.xx.2023-ci il tarixli, MN№ ******* saylı X7 Haqqında Qərarı ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokoldan göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində X4 barəsində yerin təkindən istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan MN ******* saylı xx.xx.2023-cü il tarixli X7 haqqında qərardan görünür ki, X4 barəsində yerin təkindən istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, yük avtomobili dolu vəziyyətdədir, lakin həmin yük avtomobilin dövlət qeydiyyat nişanı yoxdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını və təqdim etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, Xəzər Rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli X7 haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilmədən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar (yəni inzibati xətanın törədildiyi vaxt və yer, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın konkret nədən ibarət olması, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, protokolun surətinin ona təqdim edilib-edilməməsi, şəxsin törətdiyi inzibati pozuntunu etiraf edib-etməməsi, bununla bağlı izahat və ya hər hansı bir qeydinin olub-olmaması və s.hallar) göstərilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X4 barəsində inzibati araşdırma aparılaraq inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6- cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmədə müəyyən olundu ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli fərmanınln 5.10-cu bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin tətbiq edilməsi səlahiyyəti Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Belə ki, həmin protokolun tərtib edilməsi Xəzər Rayon Polis İdarəsinin səlahiyyətlərinə aid deyildir və həmin protokolun tərtib edilməsi qanunsuz və əsassızdır. Bundan da əlavə X4 yük avtomobili ilə Xəzər rayonu, Türkan qəsəbəsi yerinə təkindən istifadəsi ilə əlaqədar yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələbləri pozulmamışdır. Bu faktı iş materiallarına əlavə edilmiş fotoşəkillər də, təsdiq edir. Belə ki, həmin şəkillərdə yük avtomobili görünsə də, yük avtomobilinin dövlət qeydiyyat nişanı olmadığı müəyyən edilir. Belə olan halda yük avtomobilinin kimə məxsus olması məlum deyildir. Buna görə də X3 barəsində MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol tərtib olunması və həmin protokol əsasında Xəzər Rayon Polis İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsi tamamilə əsassızdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli fərmanınln 5.10cu bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin tətbiq edilməsi səlahiyyəti Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Belə ki, həmin protokolun tərtib edilməsi Xəzər Rayon Polis İdarəsinin səlahiyyətlərinə aid deyildir və həmin protokolun tərtib edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair Xəzər Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli X7 haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati Xəzər Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli X7 haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar