Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1488/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə barəsində tərtib edilmiş 15 sentyabr 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 15 sentyabr 2021-ci il tarixli qərarın ləğvinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Şikayətdə inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş olunur. Lakin qeyd olunur ki, məhkəməyə istər inzibati xəta haqqında protokol, istərsə də müvafiq qərar təqdim edilməyib. Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi, inzibati xəta haqqında qərar 15 sentyabr 2021-ci ildə verilib. Şikayət isə müvafiq poçt müəssisəsinə 23 oktyabr 2021-ci ildə təqdim olunmuş, məhkəməyə 26 oktyabr 2021-ci ildə çatdırılmışdır. Beləliklə, şikayətçinin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən əsasən, QƏRARA ALDİM: X1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1488/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1488/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver