Məhkəmə qərarları › İş №3(010)-1489/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1489/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1489/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon Məhkəməsinin 06.04.2018-ci il tarixli, 2(010)-879/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4105 manat iddiaçının avtomobilinə dəymiş ziyan və 1500 manat Səmayə Xankişiyeva adlı sərnişin üçün çəkilən müalicə xərci olmaqla, cəmi 5695 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin 06.04.2018-ci il tarixli, 2(010)-879/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4105 manat iddiaçının avtomobilinə dəymiş ziyan və 1500 manat Səmayə Xankişiyeva adlı sərnişin üçün çəkilən müalicə xərci olmaqla cəmi 5695 manat pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Sözügedən icra sənədi şöbənin icraatına 10.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılaraq, bu barədə iş üzrə borcluya tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya 17.12.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, lakin icra sənədinin icrası bu günədək tam təmin edilməmişdir. Belə ki, borclu tərəfindən cəmi 1920 manat ödənilmiş və hazırda 3805 manat borcu qalmışdır.Tərəfindən Şəxs dəfələrlə icra vərəqəsinin tam icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, qalıq borcun ödənilməsi borclu tərəfindən təmin edilməmişdir. Hal-hazırda borclunun 3805 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin 06.04.2018-ci il tarixli, 2(010)-879/2018 saylı icra vərəqəsinə əsasən ondan 4105 manat iddiaçının avtomobilinə dəymiş ziyan və 1500 manat Səmayə Xankişiyeva adlı sərnişin üçün çəkilən müalicə xərci olmaqla cəmi 5695 manat pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. O, bu günə qədər tələbkara olan borcundan müəyyən məbləğdə ödəniş etsə də, hazırda maddi vəziyyəti qənaətbəxş olmadığından, borcunu tam ödəyə bilməmişdir. Borcun ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 27 oktyabr 2021ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2(010)-879/2018 saylı icra vərəqəsinə əsasən Şəxs 3805 manat aliment borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, törətdiyi inzibati xətanı etiraf edərək, peşman olduğunu yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar