Məhkəmə qərarları › İş №3(010)-1490/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1490/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1490/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 27 mart 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: 27 mart 2021-ci ildə tərtib edilmiş EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən 27 mart 2021-ci ildə qəbul olunmuş EPQ seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, 27 mart 2021-ci ildə qayınatası X3 məxsus şəxsi avtomobildə hərəkət edərkən, Suraxanı rayonu ərazisində polis sahə rəisi, polis mayoru İsayev Əyyub tərəfindən qanunsuz şəkildə saxlanılmış və İXM-nin 211.3-cü maddəsi ilə cərimə olunmuşdur. Qayınatası ilə eyni ünvanda yaşamağını və qayınatasının ona yaxın qohumu olduğunu dəfələrlə söyləsə də, polis əməkdaşı buna heç bir məhəl qoymadı və protokolu tərtib etdi. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, idarə etdiyi avtomobil polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt avtomobildə yalnız o, və eyni evdə yaşadığı qayınatası olmuş, bu səbəbdən də tibbi maskadan istifadə etməmişlər. Bu dəlilin həqiqətə uyğun olub-olmadığına dair polis orqanı tərəfindən hər hansısa araşdırma aparıldığı iş materialları ilə müəyyən edilmir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi məhkəməyə nümayəndəsini göndərmədiyinə və barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin təqsirliliyini təsdiq edə biləcək heç bir sübut təqdim etmədiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin bildirdiklərinin məhkəmə iclasında araşdırılması da mümkün olmayıb. Beləliklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar məhkəməyədək icraat dövründə tam araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 27 mart 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar