Məhkəmə qərarları › İş №3(010)-1491/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1491/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1491/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər ruhulla qızının katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun, Borclu Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramov tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında MN ******* saylı 28 oktyabr 2021-ci il tarixli protokola əsasən Astara rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(018)-417/2021 saylı icra vərəqəsinə əsasən 21 aprel 2008-ci il təvəllüdlü X2 və 30 dekabr 2011-ci il təvəllüdlü X3 adında uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 10 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və dövlət rüsumuna görə 30 (otuz) manat pul cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramov bildirmişdir ki, Astara rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(018)- 417/2021 saylı icra vərəqəsinə əsasən 21 aprel 2008-ci il təvəllüdlü X2 və 30 dekabr 2011-ci il təvəllüdlü X3 adında uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 10 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və dövlət rüsumuna görə 30 (otuz) manat pul cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu əvvəllər aliment borcundan 600 (altı yüz) manat məbləğində ödəniş etmişdir. Bundan başqa, borclu işin məhkəmə gedişatında tələbkar X1 olan borcundan əlavə olaraq 200 (iki yüz) manat ödəmişdir. Hal-hazırda borclunun tələbkara 960 manat aliment borcu qalmışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, əvvəllər tələbkar X1 olan borcundan 600 (altı yüz) manat ödəmişdir. Bundan başqa, işin məhkəmə gedişatında tələbkar X1 olan borcundan 200 (iki yüz) manat ödəmişdir. O, hazırda aylıq 250 manat əmək haqqı alır, əmək haqqının bütün məbləğini aliment borjunun ödənilməsinə xərjləmişdir. O, yaxın günlərdə aylıq maaşı 450 manat olan yeni işlə təmin olunajaqdır və tələbkar X1 qalan borcunu tez müddətdə ödəyəcək və bu barədə məhkəmə qarşısında öhdəlik götürür. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, işin məhkəmə baxışanadək tələbkara olan borcundan 600 (altı yüz) manat ödəniş etmiş, məhkəmə iclasında tələbkar X1 olan borcundan 200 (iki yüz) manat ödəniş etmiş, tələbkar X1 qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar