Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1492/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsiŞəxsAzərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunur ki, Bakı şəhər DYPİ Yol patrul xidmətinin vəzifəli şəxsinin tərtib etdiyi protokolun tərtib edilməsi vaxtı kimi xx xxxxxxx 2016-cı il tarixi göstərilib. Lakin alkotesterin iş materiallarına əlavə edilmiş çıxarışından görünür ki, müvafiq müayinə xx xxxxxxx 2020-ci ildə aparılmışdır. Buna zidd olaraq «İstifadə etmək haqqında protokol»da sərxoşluq vəziyyətinin müayinəsinin xx xxxxxxx 2020-ci ildə aparıldığı qeyd olunur. Beləliklə, müvafiq müayinənin aparıldığı tarixlə bağlı ziddiyyətlər mövcuddur. Həmçinin materialdan görünür ki, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərini iştirakı təmin edilməmişdir. Bunlarla yanaşı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə zidd olaraq onu tərtib etmiş şəxs tərəfindən imzalanmayıb. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 103, 106, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1ytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1492/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1492/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver