Məhkəmə qərarları › İş №3(010)-1493/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1493/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1493/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(113)-1907/2021 saylı icra vərəqəsinə əsasən Şəxs MMC-dən 124.472 (yüz iyirmi dörd min, dörd yüz yetmiş iki manat) manat əsas borc, 17.748,34 (on yeddi min yeddi yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat ƏDV borcu, 711 (yeddi yüz on bir) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 142.961,34 (yüz qırx iki min doqquz yüz altmış bir manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Borclu Şəxs MMC-nə dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Suraxanı rayon İcra Şöbəsinə və Şəxs MMC-nə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati protokola Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsinin və Şəxs MMC MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 28 oktyabr 2021ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(113)-1907/2021 saylı icra vərəqəsinə əsasən Şəxs MMC-dən 124.472 (yüz iyirmi dörd min, dörd yüz yetmiş iki manat) manat əsas borc, 17.748,34 (on yeddi min yeddi yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat ƏDV borcu, 711 (yeddi yüz on bir) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 142.961,34 (yüz qırx iki min doqquz yüz altmış bir manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi şöbənin icraatına 10.09.2021ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılaraq, bu barədə iş üzrə borclu "xxxx" MMC-yə icraata başlamaq haqqında qərarın surəti tələbin könüllü erası barədə bildirişlə birlikdə göndərilmiş, lakin bu günədək məhkəmə qərarının icrası borclu tərəfindən üzrsüz səbəbdən təmin edilməmişdir.Daha sonra iş üzrə borclu şirkətin rəhbəri olan Türkiyə Respublikasının vətəndaşı Murat Aydına məxsus 050 *** ** ** nömrəsinə zəng olunmuş və ona məhkəmə qərarının mahiyyəti izah edilərək, həmin qərarın icrası tələb edilmişdir. İcra tədbirləri olaraq borclu şirkətin "xxxx" ASC-də və "xxxx" ASC-də mövcud olan bank hesablarına 07.10.2021-ci il tarixdə inkasso sərəncamları qoyulmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, hüquqi şəxs Şəxs MMC-nə cəza təyin edərkən, cəzasını yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar