Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1496/2021 30.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 2001-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 24 sentyabr 2021-ci il tarixdə, gecə saat 00:05 radələrində yaşadığı ünvan 1 ünvanında, əmisi qızı X4 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 30 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanın törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, barəsində şikayətçi olan Mahmudova Fidan əmisi Ramizin qızıdır, əvvəllər münasibəti yaxşı olsa da son zamanlar iradlarından nəticə çıxartmadığı üçün münasibətləri korlanmışdır, bu səbəbdən bir neçə dəfə barəsində onun döyməyi barəsində polisə müraciət etmişdir və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Yaşadığı ev 5 otaqdan ibarətdir, həmin otaqlardan ikisində o, ailəsi ilə, digər ikisində Fidan bibisi Leyla və bir otaqda əmisi Ramiz ailəsi ilə birlikdə yaşayır. 24.09.2021 -ci il tarixdə saat 00:05 radələrində Fidanın rəfiqəsi Səma ilə birlikdə yaşadığı evə gəldiyini görmüş, Səmanın da özü ilə bərabər ailəsinin düzgün yolun yolçusu olmaması onu əsəbləşdirdi və bu zaman əmisiqızı Fidanın yanına yaxınlaşmıdır. Həmin vaxtı Fidana evə daxil olmasını deyib. Səmanın üzərinə acıqlı şəkildə qışqıraraq oradan uzaqlaşdırıb bir daha Fidanın yanına gəlməməsini demişdir. Daha sonra Fidanın yaşadığı evə gəlmiş və həmin vaxtı Fidana “nə üçün Səmanı evə gətirirsən? Səma eyni zamanda rəfiqəsi düzgün yolun yoşçusu deyil dedim”. Bu zaman Fidan ona cavab qaytardı və aralarında mübahisə yarandı. Mübahisə zamanı Fidan ona cavab qaytardığı üçün əsəbləşib əli ilə Fidanın qolundan tutub itələmiş, Fidan yenidən üzərinə gəlib bayıra çıxmaq istədiyi zaman qolundan itələyib evə salmış və daha sonra aralarında mübahisə yaranmışdır. Bundan sonra evi tərk edib getmişdir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 bildirdi ki, barəsində şikayətçi olduğu Şəxs əmisi Rəhimin oğludur və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Yaşadığı ev 5 otaqdan ibarətdir, həmin otaqlardan ikisində Canpolad ailəsi ilə, digər ikisində o, bibisi Leyla və bir otaqda atası ailəsi ilə birlikdə yaşayır. 24.09.2021-ci il tarixdə saat 00:05 radələrində rəfiqəsi Səma ilə birlikdə yaşadığı evə gələrkən və bu zaman əmisi oğlu Canpolad qarşılarına çıxdı. Həmin vaxtı Canpolad ona “nə üçün rəfiqəsi Səmanı evinə gətirirsən?” deyib narazıçılıq edib onunla söz mübahisəsi etməyə başladı. Bundan sonra Canpolad rəfiqəsi Səmanı aparıb evlərinə qoyub yaşadığı evə gəldi. Həmin vaxtı Canpolad “nə üçün Səmanı evə gətirirsən?” deyərək mübahisə etməyə başladı və mübahisə zamanı anidən əli ilə boğazından tutaraq digəri əli ilə şillə ilə üzünün hər ikisindən vurmağa başladı. O, əlindən çıxıb kənara çəkilmək istədikdə onu yerə yıxdı və bədəninin müxtəlif yerlərindən vurdu. Daha sonra o, əlindən çıxıb kənara çəkildi. Bundan sonra Canpolad evi tərk edib getdi və o, bu barədə əsəbləşərək AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Eyni zamanda ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs F.R.Mahmudova, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru X5 bildirdi ki, X6 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinə müraciət edərək Şəxs 24 sentyabr 2021-ci il tarixdə yaşadıqları evdə döyərək, ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyini qeyd etmişdir. X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati inzibati qaydada tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, F.M.Zeynalovun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Həmçinin qeyd etmişdir ki, 8 ay bundan qabaq eyni hadisə baş vermiş, lakin həmin vaxt zərərçəkmiş şəxs X7 Mahmudlu ilə barışmış və protokolun tərtib edilməsini istəməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla C.R.Mahmudovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” publik Hüquqi Şəxsi tərəfindən verilmiş 1035 saylı ekspert rəyinə əsasən, vətəndaş F.R.Mahmudovanın bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazunun və sol budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 24.09.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin təhqiqatçısı Rəşad Həsənzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 Azərbaycan Respulikası İXM-nin 157 maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin üçün qərarın surəti Suraxanı RPİ- nin 32-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərarın surəti maraqlı tərəfə göndərilsin və qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi və material saxlanılması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 30 oktyabr 2021-ci il tarixdən, saat 13:35dan hesablansın . Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1496/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1496/2021
30.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver