Məhkəmə qərarları › İş №3(010)-15/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-15/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-15/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1992-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu ildə verilmiş 2(010)- 5595/2018 nömrəli xx xxxxxx 2018-ci tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1.144 manat ödənilməmiş borc və dəymiş mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 1.644 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulmalıdır. Qeyd olunur ki, inzibati xəta haqqında müvafiq material xx xxxxxx 2019-cu ildə Suraxanı Rayon Məhkəməsinin icraatına daxil olmuş, eyni tarixdə həmin materiala mahiyyəti üzrə baxılmasına başlanmışdır. Şəxs xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında bildirmişdir ki, tələbkarın xeyrinə ödəniş etmək istəyir. O, bu məqsədlə işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xahişi məhkəmə tərəfindən təmin olunaraq, işin məhkəmə baxışı xx xxxxxx 2019-cu il tarixinə təxirə salınmış, bununla bağlı Şəxs lazımi qaydada məlumatlandırılmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 2019cu il tarixinə təyin olunmuş məhkəmə iclasına gəlməmiş, bununla bağlı heç bir üzrlü səbəb bildirməmişdir. Göstərilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Suraxanı Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Şəxs bu gün – xx xxxxxx 2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə gətirilib. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi xx xxxxxx 2019-cu ildə icraatına daxil olmuş, icraata başlanılaraq borclu Şəxs müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin borclu şöbəyə xeyli sonra – xx xxxx 2019-cu ildə gəlmiş, ona hüquqları və vəzifələri izah edilərək yazılı izahatı alınmışdır. Sonradan borclu şöbəyə uzun müddət ərzində gəlməmiş, onun faktik yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. xx xxxxxx 2019-cu ildə borclu şöbəyə gətirilmiş və barəsində həmin gün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İcra məmuru qeyd edir ki, borclu ötən müddət ərzində tələbkarın xeyrinə heç bir ödəniş etməyib. O, həmçinin bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə bağlı Suraxanı rayon İcra və probasiya şöbəsində daha beş ədəd icra işi var ki, Şəxs müvafiq icra sənədləri üzrə də heç bir ödəniş etməyib. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, Şəxs ötən dövrdə tələbkarın xeyrinə ümumiyyətlə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixindən saat 18.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar