Məhkəmə qərarları › İş №3(010)-15/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-15/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-15/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Əlımşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə MN ******* nömrəli 02 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 02 dekabr 2022-ci il tarixdə saat 13:45-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (kardioloji iş və fəaliyyət) aşkar edilmişdir. Bununla da MMC tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, onlara rəsmi qaydada xəbərdarlıq olunmuş və yoxlama aparılmışdır. Yoxlama nəticəsində göstərdilər ki, X5 portalda kardioloq ixtisası üzrə göstərilir. Əslində isə o, baş həkimin müavini işləyir və təsisçinin qızı olduğu üçün nəzarət şəklində də fəaliyyət göstərir. İşə daim gəlmir, ara-sıra gəlir və nəzarət edir. Bir gün orada belə bir xəstə var idi, imkansız şəxs idi və tanıdıqları şəxs idi, xahiş etdi ki, exo-kardioqrafiya edəsiniz. Əslində həmin həkim başqa özəl xəstəxanada kardioloq işləyir, exo-kardioloq onun sənətidir. Yoxlama aparılan əməkdaşlara belə bildirildi və protokol tərtib etdilər. İmkansız şəxs olduğundan belə bir şey edilib və ilk dəfə idi. “X9" məhdud məsuliyyətli cəmiyyətinin lisenziya üzrə iki ixtisas, terapevt və şüa-diaqnostika qeyd olunur. Şüa-diaqnostikası yazılıb, exo-kardioqrafiya qeyd olunmuyub. Amma şüa-diaqnostika daha geniş anlayışdır. Digər hallar var, ama digər halları təsdiq edəcək sübutları yoxdur. Yalnız exo-kardioqrafiyanın nəticəsi və yoxlama haqqında baş həkimin etirafı var., Vəfa Həsənovanın ixtisası barədə aktda yazılsa belə, yoxlama üzrə qoulmuş suallara uyğun cavablar yazılıb və həmin məlumat 3-cü suala cavab olaraq, yazılmışdır. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 izahatında bildirdi ki,Səhiyyə Nazirliyinin müvafiq ekspertiza mərkəzi yoxlamaların dövlət reyestrıdan çıxarış əldə etməklə, Şəxsndə planlı yoxlama həyata keçirmişdir. Yoxlama zamanı lisenziyada nəzərdə tutulmuş fəaliyyətdən kənar fəaliyyət aşkar olunmuşdur. Belə ki, həmin müəssisədə kardioloji fəaliyyət aşkar olunmuşdur. Bu barədə akt tərtib olunmuş və aktda qismən etiraf vardır. Belə ki, onlar bildirmişdirlər ki, X5 yalnız kardioloji funksional diaqnostika ilə məşğuldur. Bu özü elə kardioloji fəaliyyətin bir hissəsidir, buda aktda etiraf edilmiş və protokol tərtib edilmişdir, məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs MMC barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan 627 saylı, 02 dekabr 2022-ci il tarixli özəl tibb müəssisənin planlı yoxlama aktından görünür ki, yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, müəssisədə görülən işlər üzrə tibbi sənədləşmələr formalar və qaydalara müvafiq şəkildə aparılmır. Tərtib edilmiş sənədlərdə tibbi qeydlər tam təsviri ilə əks olunmur. Qeydiyyat jurnalları tikilməyibdir. 2021-ci il üzrə tibbi statistika hesabatlar təqdim edilmədi. Çalışan işçilərin dövri tibbi müayinə sənədləri təqdim edilmədi. (həkimlərin əsas iş yerləri üçün).Tibbi avadanlıqların (USM aparatı və EKQ cihazının) dövlət standartlaşmadan keçməsi üzrə təsdiqedici sənədləri yoxdur. Müəssisədə FHN-nin təxliyyə planında göstərilən sahələr faktiki sahələr ilə üst-üstə düşmür. Təxliyyə planı 2016-cı ildə tərtib edilib və yenilənməyib. Müəssisədə sahədə dəyişiklər edilib. Sahəsi böyüdülüb. Əlavə giriş-çıxış sahəsi və onun nəzdində otaq yaradılıb. Qeydiyyat (Reception) saəsinin arxa tərəfində otaq bölünərək “namaz” və təsərrüfat otağı kimi yaradılmışdır. İstirahət otağınan keçidlə əlavə eyvan sahədə təsərrüfat sahəsi yaradılıb. Terapetik otağın iki giriş-çıxış qapısı var. Həmin otağın daxilində natamam arakəsmədə qapı yaradılmışdır. Müəssisənin fəaliyyəti nəticəsində yarana biləcək tibbi tullantıların həcmi nöqteyi nəzərdən aidiyyəti üzrə müqavilə sənədi imzalanmayıb. Məişət tipli (A sinif) tullantılar üzrə də müqavilə sənədi yoxdur. Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, təqdim edilən şəxsi işlərə istinadən nöqsan aşkar edilməmişdir. Yoxlamanın üçüncü sualı üzrə qeyd edir ki, Müəssisədə çalışan baş həkimin müavini Həsənova Tofiq qızı ixtisasca kardioloqdur və müəssisədə kardioloji iş üzrə fəaliyyətini təsiq edən sənədlər aşkar edildi. Ambulator kartlar aparılmır. Fotoşəkillər çəkildi. İş materiallarına əlavə edildi. Bu barədə protokol tərtib edilmişdir. Ələvə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan yoxlama nəticəsində Exokardioqramma aparatın yerləşdirilməsi müəyyən olunmuşdur. AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 1029 nömrəli qərardan görünür ki, Şəxsndə planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1- ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibatı məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən stomotologiya və ortodontik stomotoloji xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar