Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1501/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd edir ki, vəkillik fəaliyyəti ilə əlaqədar xx xxxxxxx 2020-ci ildə Xətai Rayon İcra Hakimiyyətinə getmişdir. Orada idarə etdiyi «Nissan-X-Trail» markalı 99HX982 dövlət qeydiyyat nişanlı avtomobili heç bir qadağa müəyyən edilməmiş yerdə saxlamış, İcra Hakimiyyətinə getmiş və işlərini görüb qurtardıqdan sonra qayıtmışdır. Sonradan məlum olub ki, avtomobilini qeyd olunan yerdə saxlaması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli qərar xx.xx.2020-ci ildə saat 15:05:52-də tərtib edilib. Həmin vaxt onun idarə etdiyi «Nissan-X-Trail» markalı 99HX982 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xocalı prospektində durmuş vəziyyətdə olub. Bu qərar qəbul edildikdən az sonra, yəni saat 15:33.52-də onun barəsində eyni yerdə durmuş, eyni avtomobillə əlaqədar xx.xx.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli başqa bir elektron qərar qəbul edilmiş və bu qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, avtomobilini yuxarıda göstərilən yerdə saxlamaqla heç bir inzibati xəta törətməyib. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Dövlət X5 nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. xx xxxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Həmin qərar xx xxxxxxx 2020-ci ildə saat 15:05:52-də Bakı şəhəri, Xocalı prospekti, 40g ünvanında (GPS: 403831461, 498746608) durmuş «Nissan-X-Trail» markalı 99HX982 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qəbul edilib. Bununla yanaşı, xx xxxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat miqdarında cərimə edilmişdir. Həmin qərar xx xxxxxxx 2020-ci ildə saat 15:33:52-də Bakı şəhəri, Xocalı prospektində durmuş «Nissan- X-Trail» markalı 99HX982 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qəbul edilib. Bu qərarda avtomobilin durduğu yerin dəqiq ünvanı və GPS koordinatları qeyd olunmadığına baxmayaraq, hər iki qərara əlavə edilmiş fotoşəkillər belə qənaətə gəlməyə əsas verir ki, göstərilən avtomobil həm saat 15:05:52-də, həm də saat 15:33:52-də eyni yerdə olub. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». İşin faktik hallarından görünür ki, inzibati tənbeh vermə haqqında hər iki qərar X1 eyni vaxtda törətdiyi eyni hərəkətlə, yəni idarə etdiyi avtomobilin yuxarıda göstərilən ünvanda durması ilə bağlı qəbul edilib. Beləliklə, qərarlar qəbul edilərkən material üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, həmçinin Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmamış, nəticədə X3 eyni bir hərəkətinə görə iki dəfə cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. İnzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərar ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1501/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1501/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver