Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1504/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru (YNH üzrə) X4 tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 19.10.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Atamoğlan Rzayev 70 (GPS:40.**********33334, 50.**********33334) istiqamətində özünə məxsus bir baş mal-qaranı (inəyi) asfalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan X2 etibarnamə əsasında məxsus olan “VAZ-2107” minik markalı 10CU185 dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat verərək törətdiyi inzibati xətaya görə peşman olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, o, 19 oktyabr 2021-ci ildə saat 16 radələrində idarə etdiyi “VAZ-2107” minik markalı 10CU185 dövlət qeydiyyat nişanlı avtomobili ilə Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edərkən Zığ Bağları deyilən ərazidə yolun sol tərəfindən qəflətən bir baş inək yola çıxmışdır. Bu zaman onun idarə etdiyi avtomobilin qabaq hissəsi heyvana dəymişdir. Nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Əməlin tövsifi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi həmin Məcəllənin 338.5.1-ci maddəsini tam əhatə edir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin yalnız 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1504/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1504/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver