Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1506/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nazir mavininin X1 inzibati tənbeh vermə haqqında 1 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 adından verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nazir mavininin X1 inzibati tənbeh vermə haqqında 01 noyabr 2021-ci il tarixli MNseriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat miqdarında cərimə edilmişdir. X2 adından həmin qərarın ləğvinə dair şikayət verilib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd olunur ki, şikayət imzalanmayıb. Belə olan halda, şikayətin məhz X3 tərəfindən verilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nazir mavininin X1 inzibati tənbeh vermə haqqında 01 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1506/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1506/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver