Məhkəmə qərarları › İş №3(010)-1511/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1511/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1511/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rəşad Dövlətovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan MR, Şərur rayonu, İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 2662/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2550 manat məbləğində borc, müqavilənin sənədləşdirilməsi üçün ödənilmiş 92 manat məbləğində dövlət rüsumu və iddiaya görə 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinəödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2662/2019 saylı icra vərəqəsinə əsasən ondan 2550 manat məbləğində borc, müqavilənin sənədləşdirilməsi üçün ödənilmiş 92 manat məbləğində dövlət rüsumu və iddiaya görə 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Covid 19 pandemiyası ilə əlaqədar olaraq işsiz qalıb və borcunu ödəyə bilməyib. Törətdiyi əməldən peşmandır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rəşad Dövlətov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2662/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2550 manat məbləğində borc, müqavilənin sənədləşdirilməsi üçün ödənilmiş 92 manat məbləğində dövlət rüsumu və iddiaya görə 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2662/2019 saylı icra vərəqəsinə əsasən Şəxs X2 2672 manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2662/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2550 manat məbləğində borc, müqavilənin sənədləşdirilməsi üçün ödənilmiş 92 manat məbləğində dövlət rüsumu və iddiaya görə 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, törətdiyi inzibati xətanı etiraf edərək, peşman olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar