Məhkəmə qərarları › İş №3(010)-1513/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1513/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1513/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru, X1 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, FİN: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 22:02-da Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 73-də yaşayan vətəndaş Şəxs DİN-nin 102 xidmətinə zəng edərək cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatla bağlı əməliyyat qrupu tam tərkibdə hadisə yerinə yollanmış və ünvanı dəqiqləşdirmişdir. Ünvanın qarşısında qapı döyüldüyü zaman vətəndaş Şəxs darvazanı açmaqdan imtina etmiş və hasarın üst hissəsinə qalxaraq heç kimi qətlə yetirmədiyini, Azərbaycan polisinə nifrət etdiyini, həmçinin müraciətində qeyd olunan hadisəni törətdiyini cinsi azlıq nümayəndəsini öldürüb yaşadığı evdə gizlətdiyini, lakin polis əməkdaşlarını içəri buraxmayacağını, polisin onun ünvanından uzaqlaşmadığı təqdirdə həyətdə saxladığı iti (Alabay cinsli) küçəyə buraxıb onlara xəsarət yetirəcəyini demişdir. Bundan əlavə onun hərəkətləri videogörüntü ilə qeyd edildiyi zaman Azərbaycan polisinin nüfuzunu alçaldacaq ifadələr işlətməyə başlamış və polisin qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətlərindən sonra polis əməkdaşları tərəfindən Şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir. Buna görə də Şəxs barəsində 27 mart 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, 25 mart 2024-cü il tarixdə gecə 102-yə zəng vuraraq bildirmişdir ki, onun oğlunu narkotikə qurşandırırlar. Polisə bildirmişdir ki, cinsi azlıq nümayəndəsini öldürəndə bütün polislər gəlir lakin, onun şikayətinə baxmırlar. Sonra polislər gəlmiş və onu polis bölməsinə aparmışlar və bölmədə ona bildirmişlər ki, cinsi azlıq nümayəndəsini öldürməsini boynuna alsın və onu videoya çəkmək istəyirlər. O, da boynuna almamış və buna görə də onu döymüşlər. Ona sidik içirtmək istəmişlər, həyətində olan iti güllələmək istəmişlər bacısı buna imkan verməmişdir. O, həmin vaxtı içkili olmuşdur. Onu polis əməkdaşları Toğrul və Mamed döymüşdür. Onun qaynının adı Ayazdı, onunla çoxlu problemleri olmuşdur. Onun və qonşusunun evinə polislər özbaşına girmişlər, çünki həmin zaman evin giriş qapısı bağlı olmuşdur. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 bildirdi ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs dəfələrlə 102 məlumat verməsinə baxmayaraq onun müraciətlərinə baxılmamışdır. Polis əməkdaşları Şəxs belə bir qurma qurmuşlar, 3 sutka onu şöbədə saxlamışlar və təzyiqlər edərək döymüşlər. Hadisə günü polislər Şəxs həyətində girmək istəyən zaman həyətdəki it polis əməkdaşlarının üzərinə hürmüşdür. Polislərin dediyinə görə Şəxs 102 məlumatı vermiş və adam öldürdüyünü bildirmişdir. Lakin bununla bağlı heç bir sübut və ya səs yazısı yoxdur. Şəxs narkotik istifadəçisi deyil yalnız spirtli içki içir. Qeyd etdiklərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru, X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:02-da Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 73-də yaşayan vətəndaş Şəxs DİN-nin 102 xidmətinə zəng edərək cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatla bağlı əməliyyat qrupu ünvanı dəqiqləşdirmiş və tam tərkibdə hadisə yerinə yollanmışdır. Ünvanın qarşısında qapı döyüldüyü zaman vətəndaş Şəxs darvazanı açmaqdan imtina etmiş və hasarın üst hissəsinə qalxaraq heç kimi qətlə yetirmədiyini, Azərbaycan polisinə nifrət etdiyini, həmçinin müraciətində qeyd olunan hadisəni törətdiyini cinsi azlıq nümayəndəsini öldürüb yaşadığı evdə gizlətdiyini, lakin polis əməkdaşlarını içəri buraxmayacağını, bizim onun ünvanından uzaqlaşmadığımız təqdirdə həyətdə saxladığı iti (Alabay cinsli) küçəyə buraxıb bizə xəsarət yetirəcəyini demişdir. Bundan əlavə onun hərəkətləri videogörüntü ilə qeyd edildiyi zaman Azərbaycan polisinin nüfuzunu alçaldacaq ifadələr işlətməyə başlamış və polisin qanuni tələblərinə tabe olmamışdır. Onun bu hərəkətlərindən sonra tərəfimizdən Şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir. Buna görə də, o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə 102-yə zəng etmiş və cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat vermişdir. Polis əməkdaşları Şəxs evinə getmiş, qapını döyən zaman Şəxs polis əməkdaşlarına qapını açmaqdan imtina etmiş, polis əməkdaşlarını söymüş, onları təhqir edərək tabesizlik göstərmişdir. Sonra Şəxs sənədləşdirmək üçün Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə 102-yə zəng etmiş və cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat vermişdir. Polis əməkdaşları Şəxs evinə getmiş, qapını döyən zaman Şəxs polis əməkdaşlarına qapını açmaqdan imtina etmiş, polis əməkdaşlarını söymüş, onları təhqir edərək tabesizlik göstərmişdir. Sonra Şəxs sənədləşdirmək üçün Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparmışlar. İş materiallarında olan polis əməkdaşlarının hadisə zamanı çəkdikləri video görüntüyə, flash karta və Daxili İşlər Nazirliyinin 120 xidməti zəng mərkəzi sisteminin diskinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə 102-yə zəng etmiş və cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat vermişdir. Polis əməkdaşları Şəxs evinə getmişlər, qapını döyən zaman Şəxs polis əməkdaşlarına qapını açmaqdan imtina etmiş, polis əməkdaşlarını söymüş, onları təhqir edərək tabesizlik göstərmişdir. İş materiallarında olan aktdan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin məsul növbətçisi polis mayoru X7 RPİ-nin 32-ci PB-nin s/r polis polkovnik-leytenantı Sarvan Mehdiyev və 32-ci PB-nin C/A üzrə əməliyyat müvəkkili, polis kapitanı Elizamin İsmayılovun iştirakları ilə tərtib edirəm ondan ötəri ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs DİN-nin 102 xidmətinə cinsi azlığın nümayəndəsini öldürməsi barədə daxil olmuş müraciəti ilə əlaqədar olaraq Şəxs 32-ci PB-nə gətirilərək NH-yə təhvil verilmişdir. Şəxs PB-nin - NH-də olduğu zaman onun sol gözünün alt hissəsində, qaş nahiyəsində və burun nahiyəsinin üst hissəsində xəsarətlər olduğu görünmüşdür. Şəxs polis əməkdaşları tərəfindən saxlandığı zaman tabesizlik göstərərkən özü-özünü divara və yerə ataraq həmin xəsarətləri almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:02-də Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 73-də yaşayan Şəxs DİN-nin 102 xidmətinə zəng edərək cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumatla bağlı əməliyyat qrupu tam tərkibdə hadisə yerinə yollanmışdır. Ünvanın qarşısında qapı döyüldüyü zaman vətəndaş Şəxs polis əməkdaşlarına qapını açmaqdan imtina etmiş, polis əməkdaşlarını söymüş, onları təhqir edərək tabesizlik göstərmişdir. Bundan əlavə onun hərəkətləri videogörüntü ilə qeyd edildiyi zaman Azərbaycan polisinin nüfuzunu alçaldacaq ifadələr işlətməyə başlamış və polisin qanuni tələblərinə tabe olmamışdır. Onun bu hərəkətlərindən sonra polis əməkdaşları tərəfindən Şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir. İş materiallarında olan 102 məlumatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:02 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş 240243192-saylı məlumatda, Qaraçuxur qəs. N.İsmayılov küç. ev 73-də yaşayan Şəxs, cinsi azlıq nümayəndəsini öldürməsi barədə məlumat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 535ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 26 mart 2024-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 26 mart 2024-cü il tarixdən, saat 01:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu – 26 mart 2024-cü il tarixdən, saat 01:00-dan 28 mart 2024-cü il tarixə saat 01:00-dək tutulduğu 02 gün müddət ona təyin edilmiş 10 (on) gün müddətinə inzibati həbsdən çıxılaraq ona qəti olaraq 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs qərarın elan olunduğu – 29 mart 2024-cü il tarixdən, saat 13:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar