Məhkəmə qərarları › İş №3(010)-1516/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1516/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1516/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs X2 iştirakı ilə, xx.xx.1946-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində sürücü X2 idarə etdiyi “VAZ 21063” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi istiqamətindən Suraxanı rayonu Zığ qəsəbəsi istiqamətinə saatda təxminən 50 km sürətlə yolun eninin sağ hərəkət hissəsi ilə hərəkət etdiyi zaman anidən avtomobilin təkər hissəsində problem yarandığı üçün idarə etməni itirmiş və idarə etdiyi avtomobil sağa istiqamətlənərək, yaxınlığda olan işığ dirəyə çırpılmışdır. Hadisə nəticəsində “VAZ 21063” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X3 xəsarət almışdır. Toplanılmış ilkin materiallar əsasında Suraxanı RPİ-nin TŞ-də araşdırma aparılmışdır və xx.xx.2020-ci il tarixli Qərar ilə toplanmış material üzrə X2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Qərarın surəti X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. X4 məhkəmə iclasında həmin inzibati xətanı törətməsini etiraf edərək, izahatında göstərmişdir ki, o, “Vaz 21063” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsinin “BCD” kateqoriyası üzrə avtomobili idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi istiqamətindən Suraxanı rayonu Zığ qəsəbəsi istiqamətinə saatda təxminən 50 km sürətlə yolun eninin sağ hərəkət hissəsi ilə hərəkət etdiyi zaman anidən avtomobilin təkər hissəsində problem yarandığı üçün о, idarə etməni itirmiş və idarə etdiyi avtomobil sağa istiqamətlənərək yaxınlığda olan işığ dirəyə çırpılmışdır. O, və avtomobildə olan sərnişin xəsarət aldığları üçün təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxnasına çatdırılmışlar. Orada o müayinə olunduqdan sonra evə buraxılmışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındarır, hadisə zamanı sərxoş olmamış və avtomobil yüksüz olmuşdur. İş materiallarında olan Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X5 xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, X2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından müəyyən olunur ki, X4 hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2020-ci il tarixli, 914 saylı rəyindən görünür ki, vət. X1 bədən səthində aşkar edilmiş xəsarətlər - üst çənədə birinci-ikinci, sol birinci dişlərinin travmatik sınığı və üst dodağının iç səthinin qansızması, burunun, üzün sağ yarısının və çənəaltı nahiyənin sıyrığları, burunun şişkinlivi, sağ döş vəzinin, sol bazu oynağının, sağ baldırın qançırları, sol diz oynağı nahiyəsinin sol baldıra keçən hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bununla da, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Məhkəmə X4 barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar