Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1517/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Şəxs barəsində inzibati tənbeh vermə haqqında İXM-nin 529.3-ci maddəsiylə protokol tərtib edilməsinə dair inzibati işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində tərtib edilmiş TP seriyalı ******* nömrəli 11.07.2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu və ona əlavə edilmiş sənədlərin surətlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iş aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməli, inzibati işin mümkünlüyü məsələsinə həmin məhkəmə tərəfindən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.3-cü Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İşin faktik hallarından görünür ki, Şəxs ünvanı Bakı şəhəri, Yasamal rayonu ərazisindədir. Belə olan halda, Şəxs barəsində protokola (o cümlədən işin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə) Suraxanı Rayon Məhkəməsində deyil, Şəxs ünvanı üzrə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində tərtib olunmuş inzibati protokola baxılmasına dair iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1517/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1517/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver