Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1518/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmənin icraatına xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X1 Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşı tərəfindən onun barəsində tərtib etmiş protokol əsassız olaraq tərtib edilmişdir və o, qeyd olunan protokolla razı deyildir. Belə ki, BPİ Dövlət X4 tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkildəki siqnal onun idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumiyyətlə aid deyildir, onun avtomaşınından götürülməmişdir, inspektor cərimə meydançasında onun avtomaşınından səs siqnalını sökən zaman o, özü bunun çəkilişini aparmış və foto şəkillər çəkmişdir və onun avtomaşınından reallıqda götürülən siqnalın fotoşəklini məhkəməyə təqdim etmişdir, onun maşınından götürülən bu səs siqnalı zavod istehsallıdır, maşının özünə aid detaldır və heç bir halda xüsusi (çoxavazlı) səs və yaxud əhalinin dincliyini pozan səs siqnalı deyildir, nəqliyyat vasitəsinin öz detalı olan adi siqnaldır. BPİ Dövlət X4 tərəfindən iş materiallarına əlavə edilmiş siqnalın fotoşəklinin İdarə tərəfindən haradan əldə edildiyi ona məlum deyildir. Onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 94.8-ci maddəsinə əsasən götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Məhkəmə işin obyektiv araşdırılması məqsədilə, yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X3 sorğu ilə müraciət etmiş, sorğuda İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoluna əlavə olunmuş fotoşəkildəki səs siqnalının maddi sübut olaraq məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X4 tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Həmin Məcəllənin 93.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. Həmin Məcəllənin 94.5-ci maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının tətbiq edilməsi nəticəsində əşyaların və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. Həmin Məcəllənin 94.6-cı maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında materiallara yuxarıda qeyd olunan prosesual tələblərə riayət edilməklə tərtib olunmuş nəqliyyat vasitəsinə baxış haqqında protokol və əşyaların götürülməsi haqqında protokol əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin qəbulu barədə akt isə bu protokolların zəruriliyini istisna etmir və onları əvəz etmir. Qanunda məhz bu protokolların tərtib olunmasının zəruriliyi və onların vacib olan rekvizitləri bilavasitə qeyd olunmuşdur. Qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin tərkibinin mövcud olması faktı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X4 tərəfindən sübuta yetirilməlidir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin tərkibinin mövcud olması halını sübuta yetirə bilməmiş, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt recimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərədə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1518/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1518/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver