Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1520/2021 09.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci Polis bölməsinin polis sahə rəisi, polis polkovnik-leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 09.11.2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09.11.2021-ci ildə, saat 01:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi ərazisində olarkən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 32-ci Polis bölməsinin polis sahə polis polkovnikleytenantı X3 göstərdi ki, 09.11.2021-ci il tarixdə, saat 01:30 radələrində inzibati ərizidə xidmədə olan Suraxanı RPİ-nin 32-ci PB –nin polis əməkdaşları Suraxanı rayonu, Qaraçuxu qəsəbəsi, Y.Eyvazov küçəsi 91 saylı marşrut avtobusunun son dayanacağında yerlşən ərzaq mağazasında bir nəfər şəxsin qəflətən qaçdığını görüb, həmin şəxsin mağazadan oğurluq etdiyini güman edib ona yaxınlaşıb, özünü tqdim edib və polis əməkdaşı olduğunu bildirmişdir. Buna bağmayaraq həmin şəxs həyəcanlı bir şəkildə özünü təqdim etməkdən və qaçmağının səbəbini izah etməkdən imtina etdi. Oğurluq hadisəsində şübhəli bilərək şəxsi polis bölməsinə dəvət etsədə o, polisin qanuni tələblərinə tabe olmaqdan imtina etmiş və yenədə qaçmağa cəhd göstərmişdir. Dəfələrlə vətəndaşı nizam-intizama dəvə etsədə qaresiya nümayiş etdirdi və fiziki güc tətbiq etməyə cəhd edərək müqavimət göstərmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, polis əməliyyatçılarını gördükdə ona maskasız olduğuna görə görə cərimə yazılacağından qorxmuş bu səbəbdən qaçmağa çalışmışdır. Törətdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Belə ki, inzibati xətanın törədilməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidirdir. İnzibati tənbeh növü seçərkən məhkəmə törədilmiş xətanın xarakterini və Şəxs şəxsiyyətini, habelə əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunanları nəzərə alan məhkəmə Şəxs barəsində cərimə tənbeh növünün seçilməsini əsaslı hesab edir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş “İnzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs 09 noyabr 2021-ci il, saat 01:50-də inzibati qaydada tutulmuşdur. İXM-nin yuxarıda göstərilən maddəsini nəzərə alan məhkəmə X2 barəsində 200 manat məbləğində cərimə tənbeh növünün seçilməsini əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Məmmmədov
Məhkəmə qərarları › İş №3(010)-1520/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1520/2021
09.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver