Məhkəmə qərarları › İş №3(010)-1522/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1522/2021

09.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1522/2021 09.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 31-cu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsin şəxsin nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29.08.2021-ci il tarixdə saat 22:00-da keçmiş həyat yoldaşı X4 yaşadığı ünvan 2 ünvanının qabağında döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Suraxanı rayon Polisi İdarəsinin 31-cu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X9 məhkəmə iclasında inzibati protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o Qazaxıstan Respublikasından yeni qayıtmışdır. Boşanmadan xəbəri olmamış və uşağını görmək üçün Nigar Aqili ilə əlaqə saxlayaraq onunla görüşüb. Aralarında yaşanmış mübahisə zamanı qolundan tutaraq sakitləşdirməyə çalışmış, lakin sonuncu guya onu döymək istədiyini bildirərək səs-küy salmışdır.O, N.Aqiliyə heç bir xəsarət yetirməmişdir və ona qarşı şər atdıqlarını bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 bildirmişdir ki, qızının döyülməsini məhlədən gələn səs-küy zamanı bilmişdir.Dərhal hadisə yerinə yetmiş və qızının döyüldüyünü görüb aralamağa çalışmışdır. Bundan əlavə Şəxs qızını əvvəllərdə dəfələrlə döymüşdür. Qızı X1 həyat yoldaşı Şəxs tərəfindən döyülməsi nəticəsində xəsarət almışdır. Onun barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə şəxsin nümayəndəsinin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş 02.09.2021-ci il tarixli 931 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, vət.N.M.Aqilinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş sol gicgah nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənmiş, törənmə müddətinə görə qərarda qeyd olunan 29.08.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. İXM-nin yuxarıda göstərilən maddəsini nəzərə alan məhkəmə Şəxs barəsində 200 manat məbləğində cərimə tənbeh növünün seçilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar