Məhkəmə qərarları › İş №3(010)-1523/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1523/2021

09.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1523/2021 09.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Səbayıl rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə Arif İsmayılov küçəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04.11.2021-ci il tarixdə Hövsan qəsəbəsi Zeytun sovxozunda yerləşən qəbirstantıqdan X2 atasının məzarından sinə daşını oğurladığı aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında inzibati protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, bildirdi ki, o, qəbir daşlarını hazırlanması işi ilə məşğuldur. Hazırladığı qəbir daşına 03 ədəd mərmər list lazım idi. Sifarişçilərin gələcəyi günə daşı hazır etməyi üçün qonşuluqda yerləşən qəbirdən 03 ədəd qopmuş mərmər listi götürüb hazırladığı qəbrə yapışdırmışdır. Məqsədi sifarişçilər gəlib qəbrə baxdıqdan sonra götürdüyü listləri yerinə qaytarmaq idi. Hazırda oğurladığı əşyaların dəyərini ödəmək iqtidarında deyildir. Əməlindən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş (telefon vasitəsi ilə) zərər çəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Şəxs törətdiyi əməlləri özünün etirafı ilə yanaşı, iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis kapitanı X3 09.11.2021-cu il tarixli qərarından göründüyü kimi, 04.11.2021-ci il tarixdə vətəndaş X5 DİN-nin 102 zəng xidmətinə müraciət edərək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq savxozunda yerləşən qəbirsanlıqda atasına məxsus olan qəbrin mərmər daşının oğurlanmasını bildirmişdir. Araşdırma zamanı vətəndaş X5 04.11.2021-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək 04.11.2021-ci il tarixdə saat təxminən 14:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq savxozunda yerələşən atasına məxsus olan qəbiri ziyarətə gəldiyini bildirmiş və qəbrin alt kənar hissəsində olan mərmər hissələrin naməlum şəxs(lər) tərəfindən gizli yolla talanaraq oğurlandığını bildimıişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində sonuncuya ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Buna görə də hadisə törətmiş şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa təhqiqat müddətində hadisəni törətmiş şəxsin tapılaraq izahatının alınması mümkün olmamışdır. Bunlada hadisəni tötərmiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi müəyyən edilmişdir. İş materiallarında olan AZA 008865 saylı 07.11.2021-cu il tarixli protokoldan göründüyü kimi, Şəxs 07.11.2021-cu il saat 10.00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, hazırkı inzibati xəta haqqında işin materialları ilə və barəsində inzibati icraat aparılan Şəxs etirafı ilə onun xırda talama növündə inzibati xəta törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən, Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu tarixdən, yəni 07.11.2021-ci il saat 10:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31.4, 43, 106,112, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 noyabr 2021-ci il saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar