Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1524/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində X5 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Sərxanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair X5 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 18.09.2021-ci il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Mersedes Benz 230” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Dövlət vəsaiti hesabına inşa edilmiş həmin yolun kənarındakı təhlükəsizlik səddinin 16 p/m hissəsi, yararsız vəziyyətə düşərək yol təsərrüfatına 1510.40 manat maddi ziyan dəymişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YNH inspektoru polis kapitanı X2 tərəfindən 08.10.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli X5 protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 18.09.2021-ci il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Mersedes Benz 230” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, avtomobili ilə hərəkətdə olarkən, avtomobilin tiyaqası çıxdığı üçün o, idarə etməni itirərək yolun kənarındakı dəmir maneəyə dəymişdir.Hadisə zamanı Dövlət vəsaiti hesabına inşa edilmiş həmin yolun kənarındakı təhlükəsizlik səddinin 16 p/m hissəsi, yararsız vəziyyətə düşərək yol təsərrüfatına manat maddi ziyan dəymişdir. Hadisə zamanı o, sərxoş olmamışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, 08.10.2021-ci il tarixli X5 protokoldan görünür ki, Şəxs 18.09.2021-ci il tarixdə saat 08:00-də Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində ərazisində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarındam görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin direktoru Zaur Həsənov tərəfindən Bakı şəhəri, Baş Polis İdarəsinin DYP X3 Hadisələri üzrə baş inspektoru X1 ünvanlanmış 11.10.2021-ci il tarixli məktubda bildirilmişdir ki, 18.09.2021-ci il tarixində Xəzər rayonu ərazisində, Koroğlu metrosu – Mərdəkan körpüsü istiqamətində avtomobil yolunun 20-ci kilometrində, “Mersedes Benz 230” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədilmişdir. Hadisə zamanı Dövlət vəsaiti hesabına inşa edilmiş həmin yolun kənarındakı təhlükəsizlik səddinin 16 p/m hissəsi, yararsız vəziyyətə düşərək yol təsərrüfatına 1510.40 manat maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və o 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininn 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliiyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halllar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, onun barəsində 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə inzibati xəta nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi ilə baglı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1524/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1524/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver