Məhkəmə qərarları › İş №3(010)-1531/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1531/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1531/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, X5, xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 28 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 28 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(010)-3557/2011 icra vərəqəsinə əsasən X3 24 avqust 1997-ci il təvəllüdlü Elminin və 26 dekabr 2001-ci il təvəllüdlü Fidanın saxlanılmaları üçün iddiaçı X1 xeyrinə 10 noyabr 2011-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İnzibati materiallar araşdırılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 göstərmişdir ki, onun aliment borcunun olması barədə məlumatı bugün olmuşdur. Belə ki, icra məmuru bugünə qədər ona aliment borcu barədə məlumat verməmiş, ümumiyətlə onunla hazırki vaxtadək əlaqə saxlamamışdır. O, 03 fevral 2019-cu il tarixədək ailəsi ilə birlikdə yaşamış və övladlarının bütün xərclərini özü ödəmişdir. 03 fevral 2019-cu il tarixdə evdən çıxıb getmişdir. Hazırda övladları Elminin 26 yaşı, Fidanın isə 22 yaşı var. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Borclu barəsində axtarış verilmiş və sonuncu polis vasitəsi ilə icra şöbəsinə gətirilmişdir. Buna görə də o, borclu X8 tərəfindən icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması zamanı, o cümlədən məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallardan müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(010)-3557/2011 icra vərəqəsinə əsasən X3 24 avqust 1997-ci il təvəllüdlü Elminin və 26 dekabr 2001-ci il təvəllüdlü Fidanın saxlanılmaları üçün iddiaçı X1 xeyrinə 10 noyabr 2011-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda 24 avqust 1997-ci il təvəllüdlü Elminin 26 yaşı və 26 dekabr 2001-ci il təvəllüdlü Fidanın isə 22 yaşı var. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında 28 mart 2023-cü il tarixli protokolda isə X5 28 mart 2023cü il tarixədək olan borcu 21.920 manat göstərilmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(010)-3557/2011 icra vərəqəsində alimentin 24 avqust 1997-ci il təvəllüdlü Elminin və 26 dekabr 2001-ci il təvəllüdlü Fidanın yetkinlik yaşlarına çatanadək tutulması göstərilsə də, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X9 heç bir əsas olmadan hazırki günədək aliment pulu hesablayaraq, borclu X5 aliment borcunun dəfələrlə artmasına səbəb olmuşdur. Bundan başqa, iş materialarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(010)-3557/2011 icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın və bildirişin borcluya təqdim edilməsi, borcluya könüllü icra müddəti verilməsi, habelə borclunun icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunması barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxslərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 barəsində tərtib edilmiş 28 mart 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 qaytarılsın. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar