Məhkəmə qərarları › İş №3(010)-1532/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1532/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1532/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X10 İdarəsinin inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş 22 fevral 2025-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhəri BPİ DYPİnin YPX inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə əlaqədar barəsində qanunsuz tərtib edilmiş İXP ******* saylı protokola əsasən Bakı şəhəri BPİ DYPİ-nin polis kapitanı X2 tərəfindən qanunsuz qəbul edilmiş TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və başlanılmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə X6 Alış oğlu şikayətini müdafiə etdi və izahatında göstərdi ki, həmin ərazidə “TŞ3 010” kamerası var, kamera yol ayrıcındadır, tin hissədə qoyulub. Əgər onun əməlində inzibati xəta olsaydı,elektron qərar çıxarılmalı idi, lakin heç bir qərar çıxarılmayıb. Düzdür, yol polisi vizual olaraq görüb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qərarının 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Yəni, elekton qərar çıxarması yeni normativ hüquqi aktdır, ancaq vizual qaydada görüb protokol tərtib etməsi əvvəllər qəbul edilmiş akt əsasında yazılıb deməkdir. Dövlət tərəfindən kameralar qoyulmuş, kamera olduğu halda polisin vizual qaydada görüb protokol tərtib etməsinə ehtiyac yoxdur. Əgər onun əməlində inzibati xəta tərkibi olsaydı, elektron qərar tərtib edilərdi. İXM-nin 53.1.11-ci maddəsinə əssən bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata xitam verilir. Ehtimal var ki, 24 saat ərzində tərtib edilməsi nəzərdə tutulur. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən: Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin video qanuna zidd olaraq əldə edilib. Orada lazımi kameralar quraşdırılıb, onlar tərəfindən çəkilir. O, həmin vaxt Zaqatalada olduğunu, telefonuna mesaj gəlməsi ilə onun iştirakı olmadan qərar qəbul edildiyini öyrəndiyini bildirdi. 12 fevral 2025-ci il tarixdə protokol tərtib edilib, həmin vaxtdan 10 gün sonra isə qərar qəbul edilərək bu barədə sms göndərilib. Hesab edir ki, qanunsuz tərtib edilmiş İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilməli və başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Bu kimi analoji qərarlar da məhkəmə praktikasında olub. O, avtomobil nəqliyyatı üzrə mühəndis olduğunu, bütün yol xətti işarələrini bildiyini bildirdi. Əgər ora çatdıqda qadağanedici sarı nişan yanırsa, keçmək lazımdır. STOP xəttini 1 sm belə keçmək olmaz, ancaq tormoz verdikdə 1-2 metr məsafə getdiyi üçün həmin yerdə keçmək nəzərdə tutulub. O, yaşıl işığın yanıb-söndüyünü, özünün 30-35 km/sürət ilə gəldiyini, hətta ora çatanda xətti tapdaladığını bildirdi və işığın qəflətən sarıya keçdiyini, özünün tormoz versə, yol ortasında dayanacağını bildirdi. O, yol ayrıcını boşaltmaq üçün hərəkət edib. O, Azadlıq prospektində dayanıb çəksə, obyektiv qəbul etmək olardı. Videodan da görünür ki, qara maşın da STOP xəttini keçib dayanıb, STOP xətti işıqfordan 4-5 metr əvvəldə olur. Videodan görünür ki, öz maşınının arxa təkərindən arxada, ağ maşın qarşısında STOP xətti var, orada qırmızı işıq yanır, deməli həmin vaxt onların hərəkəti üçün yaşıl işıq yanırmış. Deməli, o, heç bir qayda pozuntusu etməyib. Orada digər maşınlar dayanıbsa, o da dayanmalı deyildi, onun üçün yaşıl işıq yanırmış. O, keçdikdə heç bir maşın üçün narahatlıq yaratmamışdır. O, STOP xəttini keçmiş, 5-6 metr hərəkət etdikdən sonra yaşıl işıq yanmışdır. Ümumiyyətl, bu video əsasında aparılmış çəkilişin qanunsuz olduğunu bildirdi. Sonda o, qərarın ləğv edilərək, həmin qərarın xitam edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçini dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X4 yaşayış yeri ünvan 1 küçəsi, nömrəsiz ev ünvanıdır. Rafiq Həziyev tərəfindən şikayətinə yaşayış yeri üzrə məhkəmədə baxılması barədə vəsatət verilmişdir. Bununla da müəyyən olunur ki, X7 tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntülər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi **-BN-*** dövlət qeydiyyat nişanlı, “KİA STONİC” minik markalı avtomobili idarə edən X7 tərəfindən Azadlıq prospekti – Bakıxanov kəsişməsi ünvanında baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş video-görüntülərdən də müşahidə edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilmiş İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntuları tərəfindən həqiqətən törədilmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 100 (bir yüz) manat məbləğində cərimə edilir. Belə ki, alınmış video-görüntüdə X7 tərəfindən pozuntu artıq svetoforun qadacanedici işarəsi verilərkən yol hərəkətinin pozulmamasında əmin olmadan hərəkətini davam etmiş və bununla da, protokol predmeti olan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X10inin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X10i İdarəsinin, X10i idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X10i şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X4 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X7 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Bununla da məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar