Məhkəmə qərarları › İş №3(010)-1533/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1533/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1533/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2020-ci ildə saat 09:46-da M.Hadi ərazisində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, xx.xx.2020-cı il tarixdə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin TP seriyalı ******* nömrəli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyib. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2020-ci il tarixdə nəinki polis tərəfindən saxlanılmış, ümumiyyətlə polisin qeyd etdiyi ərazidə olmamışdır. Onun avtomobili belə yoxdur. Belə olan halda DYP əməkdaşı onun barəsində protokolu necə yazıb? Polisin ona aid olan məlumatları haradan əldə etməsi belə onda təəccüb yaradır. Nə tərtib edilmiş protokoldan nə də ki, protokolun əsasında yazılmış qərardan ümumiyyətlə xəbəri yoxdur. Bu barədə məlumat ona yaxın günlərdə polis tərəfindən cərimənin ödənilməsi ilə bağlı telefon zəngindən sonra məlum olmuşdur. Hesab edir ki, barəsində olan xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Məsələ ilə bağlı qeyd olunur ki, xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan onun X1 iştirakı ilə tərtib edildiyi görünmür. Belə ki, inzibati xəta haqqında protokolda həmin şəxsin izahatı göstərilməmiş, protokol həmin şəxs tərəfindən imzalanmamışdır. X1 inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etməsinə dair də protokolda heç bir qeyd aparılmayıb. X2 isə bildirir ki, müvafiq tarixdə saxlanılmayıb və protokolun tərtib edildiyi yerdə ümumiyyətlə olmayıb. Bu hallar inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Xətai Rayon Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar