Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1533/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “OBA” marketdən müxtəlif vaxtlarda dəyəri 266 manat olar ərzaq məhsullarını oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, işsiz olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “OBA” marketdən müxtəlif vaxtlarda dəyəri 266 manat olar ərzaq məhsullarını oğurlamışdır. Oğurladığı ərzaqları sataraq pulunu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır və bir daha oğurluq etməyəcəyinə dair məhkəmə qarşısında öhdəlik götürür. Barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rasim Seyidovun 12.11.2021-ci il tarixli qərarı ilə vət. X1 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 11.11.2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 11.11.2021-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş, 12.11.2021-ci il tarixdə saat 09:30-da azad edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, 160 (yüz yaltmış saat) ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1533/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1533/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver