Məhkəmə qərarları › İş №3(010)-1533/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1533/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1533/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 08 yanvar 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 08 yanvar 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, EQ seriyalı ******* nömrəli qərar 08 yanvar 2022-ci ildə verilib. Şikayət isə məhkəməyə 10 may 2022-ci ildə, yəni 04 aydan sonra təqdim edilib. Beləliklə, təqdim olunmuş sənədlərlə X1 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 08 yanvar 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar