Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1533/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiu baş əməliyyat müvəkkili X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1997-ci il tarixdə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 27 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində ictimai yer sayılan Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, “Buta Palace”-ın qarşısında ucadan nalayıq küçə söyüşləri söyməklə ictimai asayışı pozaraq xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etdiyinə görə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə son qoyması barədə xəbərdarlıqlara baxmayaraq ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiu baş əməliyyat müvəkkili X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 27 mart 2023-cü il tarixdə, saat 21 radələrində tanışı olan Davud adlı şəxs ilə ucadan danışaraq söyüş söydükləri üçün polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etməyi bildirmişdir. O, həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşına tabesizlik göstərmiş, sakitliyə riayət etməyərək polis əməkdaşı ilə kobud rəftar etmişdir. Buna görə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada izahatı alındıqdan sonra barəsində inzibati protokol tərtib etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiu baş əməliyyat müvəkkili X2 bildirdi ki, 27 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində ictimai yer sayılan Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, “Buta Palace”-ın qarşısında iki nəfər şəxs ucadan nalayıq küçə söyüşləri söyməklə ictimai asayışı pozaraq xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etdiklərinə görə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən həmin şəxslərə ictimai yerdə ucadan danışmaq və nalayıq ifadələr işlətməklə ictimai asayışı pozmağın qadağan olunduğunu həmin şəxslərin nəzərinə çatdırıb qanunlara riayət etməmələrinin səbəbini aydınlaşdırmaq istəyərkən, şəxsiyyəti sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müəyyən edilmiş Şəxs polis əməkdaşlarının barəsində tədbir görmələrinə mane olmuş, sonuncular Şəxs hərəkətlərinə son qoymağı tələb etsələr də o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları Şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarədə verdiyi yazılı izahatında Şəxs inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, əsəbi olduğuna görə belə bir əmələ yol verdiyini qeyd etmişdir. Buna görə də Şəxs izahatını alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 27 mart 2023-cü il tarixli raportdan görünür ki, 27 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, “Buta Palace”-ın qarşısında qarşısında iki nəfər şəxs ucadan nalayıq küçə söyüşləri söyməklə ictimai asayışı pozaraq xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etdiklərinə görə ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq sakitçiliyə riayət etmələrini tələb etmişlər. Bu zaman həmin şəxslər polis əməkdaşının qanuni tələbinə məhəl qoymamış, polis əməkdaşları ilə kobud rəftar edərək, ucadan nalayıq ifadələr işlətməyə davam edərək, ətrafda olan şəxslərin diqqətlərini özlərinə cəlb etmişlər. Buna görə də, polis əməkdaşları həmin şəxsləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İdarədə müəyyən olunmuşdur ki, həmin şəxslər 25 yanvar 1981-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X4 və xx xxxxxx 1997-ci il tarixdə Masallı rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxsdur. İş materialalrında olan Şəxsun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi 27 mart 2023-cü il tarixli yazılı izahatında Şəxs inzibati xətanı törətdiyini etiraf edərək, həmin vaxt ucadan nalayıq ifadələr işlətdiyini və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığını etiraf edərək, əməlindən səmimi peşman olduğunu, əsəbi olduğuna görə belə bir əmələ yol verdiyini və bir daha belə əməllərə yol verməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 27 mart 2023-cü il tarixdə, saat 21:00-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiu baş əməliyyat müvəkkili X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 27 mart 2023-cü il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 27 mart 2023cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1533/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1533/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver