Məhkəmə qərarları › İş №3(010)-1536/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1536/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1536/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 10 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 12 noyabr 2012-ci ildə verilmiş 05 iyul 2012-ci il tarixli 2(103)- 2820/2012 nömrəli icra vərəqəsinə əsasən Suraxanı rayon Məhkəməsinin 2(010)- 170/2012 saylı, 16 fevral 2012-ci il tarixli qətnaməsi qızıl-zinət əşyalarına dair hissədə dəyişdirilərək bir ədəd qolbaq - 420 manat, bir ədəd sep-480 manat, komplekt brilyant dəsti 830 manat, bir ədəd brilyant qadın nişan üzüyü-550 manat, bir ədəd 7 qram təkqaşlı brilyant kişi üzüyü 650 manat, bir ədəd brilyant qadın nişan üzüyü-520 manat həmin əmlaklar və ya onların dəyərləri Şəxs alınıb X2 verilməsi, Şəxs kastrulka naboru 3 dəst, tozsoran, duxovka, ütü altlığı, ütü, tefal çaynik, samovar, sokçəkən, ətçəkən maşın, mikser, xalça-5 ədəd, gül dibçəyi, televizor “Samsung” markalı, “Dividi” video, nəzərrik, saat, şamdan, nahar, çay və kofe dəsti, su naboru - 3 ədəd, Bogema güldan, meyvə qabı - 2 ədəd, konfetqabı -2 ədəd, lepkalı meyvəqabı – 1 ədəd, konfetqabı -2 ədəd, rumka - 6 ədəd böyük, 6 ədəd balaca, büllur stəkan 6 ədəd böyük 6 ədəd balaca, büllur güldan - 6 ədəd böyük, 6 ədəd balaca, lepkalı ləpəqabı-2 ədəd, büllur ləpəqabı - 2 ədəd, stəkanqabı nabor, bulud - 7 ədəd, qaşıq naboru, padnos naboru - 2 dəst, çörək qabı - 4 ədəd, çaynik, qəhvədan – 1 ədəd, çuqun ləyən, kauçuk vanna, setka- zibilqabı-tərəvəz setkası, şiş- 6 ədəd, asılqan - 6 ədəd, mətbəx naboru- 2 ədəd, bıçaq naboru, qaşıq-vilka qaşığı, çini çaynik, maskora - 6 ədəd, tarelka - 6 ədəd, razetka - 6 ədəd, duzqabı - 4 ədəd, tort qabı, səbət ləpəqabı - 2 ədəd, büllur ayaqlı qənd qabı 6 ədəd, büllur mürəbbə qabı ayaqlı - 4 ədəd, nəlbəki - 6 ədəd böyük, 6 ədəd balaca, ləpə çəkən maşın, şüşə ləpə qabı — 2 ədəd, sadə qəndqabı - 2 ədəd, mərtəbə - 2 ədəd, qorapalan, lampa - 1 ədəd, çuğun kastrulka, tərəvəz taxtası, oxlov taxta, taxt üstü pakrıval, Kopsella pərdə, hazır yorğan, ədyal - 2 ədəd böyük, 2 ədəd balaca, kukla- 3 ədəd, yorğan-döşək - 4 ədəd, nalça-balış, skater - 6 ədəd, naçnik - 2 ədəd, süfrə - 5 ədəd, çay dəsmalı - 5 ədəd, qazan üçün nabor, salfetka 4 cüt, dəsmal naboru, cansilən - 6 ədəd, əl dəsmalı 9 cüt, saya klyonka, çexol naboru - 6 dəst, tək çexol - 3 dəst, mələfə 2 dəst, bəzəkli çexol naboru - 2 cüt, karniz - 2 ədəd, çılbüllur çıraq - 2 ədəd, dəst mebel: yataq dəsti-qonaq otağı dəsti-yumşaq dəsti, soyuducu, 7 q təkqaşlı brilyant kişi üzüyü, çəkisi 5 qram olan brilyant qadın üzüyü alınaraq X2 verilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi Suraxanı rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti və müvafiq məzmunlu bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin könüllü icra üçün verilmiş müddət keçdiyinə baxmayaraq borclu heç bir ödəniş etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş və faktiki olaraq gizlənmişdir. Ona görə də barəsində 06 mart 2017-ci il tarixli qərarla axtarış elan olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli 8(010)-1093/2016 nömrəli qərardadı ilə borclunun məhkəməyə məcburi gətirilməsi qərara alınmışdır. Borclunun 3.450 manat məbləğində borcu vardır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, müvafiq əşyaların dəyərinin ödənilməsi barədə tələbkarla razılıq əldə etmiş, lakin maddi imkansızlığı ilə əlaqədar tam ödəyə bilməmişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar