Məhkəmə qərarları › İş №3(010)-1539/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1539/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1539/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1955-ci ildə Naxçıvan MR, Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 xx xxxxxx 2020ci ildə tərtib etdiyi inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli 2(010)-3147/2014 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 1731.92 ABŞ dolları məbləğində əsas borc, 400.73 ABŞ dolları məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli 2(010)- 3140/2014 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 375.05 manat məbləğində əsas, 72.54 manat faiz borcu və məhkəməyə müraciət olunması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli 2(010)- 2457/2014 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 150 manat əsas, 5 manat komisyon haqqı, 93.5 manat cərimə və 20 manat dövlət rüsumu, cəmi 268.5 manat tutulmalıdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 2(010)- 4733/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 3488.07 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulub tələbkar “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(010)- 4388/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5076.91 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat məbləğində pul vəsaiti alınaraq tələbkar LPO “X4” ASC-nin ləğvedicisi X1 xeyrinə tutulmalıdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2(010)- 146/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 16577.78 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat məbləğində pul vəsaiti alınaraq tələbkar “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulmalıdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2(010)- 6184/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs vurulmuş zərərə görə ümumilikdə 750 manat məbləğində pul və 30 manat məbləğində pul tutularaq tələbkar ASC “Standard İnsurance” SŞ-nin xeyrinə tutulmalıdır. Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokoldan, həmçinin müvafiq icra işindən görünür ki, icra sənədləri Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcun könüllü ödənilməsi ilə bağlı borclunun ünvanına bildirişlər göndərilmişdir. Lakin borclu icra sənədlərinin icrasından yayındığına görə Nərimanov Rayon Polis İdarəsi tərəfindən 40740 saylı axtarış işi üzrə axtarış elan edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun adına hər hansı bir əmlakın olubolmaması barədə müvafiq orqanlara sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər-hansısa əmlak aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsini maddi imkansızlığı ilə izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarları ilə müəyyən edilmiş borc məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar