Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1549/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 katibliyiilə xx xxxxxx 1971-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 09.20 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsinda ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmişdir. Qeyd edir ki, polis əməkdaşları onu heç bir səbəb olmadan polis bölməsinə aparıblar. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 102 xidməti vasitəsilə daxil olmuş məlumatın araşdırılması məqsədilə digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsinə getmiş və orada yaşayan Günay Xəlilova adlı şəxsi müvafiq araşdırma aparılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Bu zaman sonradan adını bildikləri X4 gələrək Günayın qaynı olduğunu bildirmiş və sonuncunun polis bölməsinə getməsinə etiraz etmişdir. Ona təklif etmişlər ki, əgər istəyirsə Günay Xəlilova ilə birlikdə polis bölməsinə gələ bilər. X2 ətrafdakıların diqqətini cəlb etmək məqsədilə səs-küy salmağa və polis əməkdaşlarını hədələməyə başlamış, polis əməkdaşlarının onu intizama dəvət etdiklərinə baxmayaraq onların ictimai qaydaya riayət etməli və qanunsuz hərəkətlərini dayandırmalı olduğuna dair qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni vaxtda sonradan adını bildikləri Şəxs adlı şəxs də əlində bıçaqla həmin yerə gəlmişdir. O, da ətrafdakıların diqqətini cəlb etmək məqsədilə səs-küy salmağa başlamış, polis əməkdaşlarının onu intizama dəvət etdiklərinə baxmayaraq onların ictimai qaydaya riayət etməli və qanunsuz hərəkətlərini dayandırmalı olduğuna dair qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi mövcuddur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli xx xxxxxx 2020-ci il saat 18.15-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1549/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1549/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver