Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1555/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1964-cü ildə Ermənistan SSR, Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, rəsmi iş yeri olmayan, ünvan 1 mənzil 14 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli 2(010)-1803/2012 nömrəli icra vərəqəsinə əsasən, borclu Şəxs xx xxx 2012-ci il tarixdən başlayaraq hər ay 90 manat tutulub xx xxxx 1995-ci ildə anadan olmuş X3, hər ay 90 manat tutulub xx xxxxxxxx 1996-cı ildə anadan olmuş X5 və hər ay 90 manat tutulub xx xxxx 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X8 verilməli, borclu Şəxs xx xxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 1995-ci ildə anadan olmuş X3, xx xxxxxxxx 1996-cı ildə anadan olmuş X5 və xx xxxx 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının və ya başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında X6 xeyrinə aliment tutulmalıdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(010)-3534/2017 nömrəli icra vərəqəsinə əsasən, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək borclu Şəxs tələbkar X6 xeyrinə xx xxxxxx 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 140 manat miqdarında aliment tutulmalıdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-136/2019 nömrəli icra vərəqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi tələbkar X9 ilə borclu Şəxs arasında bölünərkən, torpaq sahəsinin 3/5 hissəsi X7, 2/5 hissəsi isə borclu Şəxs verilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş 60.000 manat məbləğində vəsait tərəflərin ümumi birgə mülkiyyəti olduğundan, həmin məbləğin ½ hissəsi olan 30.000 manat məbləğində pul vəsaiti borclu Şəxs alınaraq tələbkar X7 verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli 2(010)-1803/2012 nömrəli icra sənədi xx.xx.2016-cı il tarixdə İcra şöbəsinə daxil olmuş, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə məlumat göndərilmişdir. xx.xx.2016-cı il tarixdə borclu Şəxs Suraxanı rayon İcra şöbəsində izahatı alınmış, borcu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Şəxs tərəfindən xx.xx.2016-cı il tarixində 90 manat, xx.xx.2017-ci il tarixində 90 manat aliment pulu tələbkar X6 xeyrinə ödənilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(010)-3534/2017 nömrəli icra sənədi xx.xx.2017-ci il tarixdə İcra şöbəsinə daxil olmuş, icra sənədinin müvafiq qaydada icraatına başlanılaraq bu barədə tərəflərə məlumat göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs qeydiyyatda olduğu ünvan 3 mənzil 4 ünvana baxış keçirilərkən orada yaşamadığı müəyyən olunmuş, bu barədə müvafiq akt tərtib edilərək barəsində xx.xx.2018-ci il tarixli axtarış qərarı qəbul edilərək Suraxanı RPİ-nə göndərilmişdir. Suraxanı RPİ-dən xx.xx.2018-ci il tarixdə şöbəyə daxil olmuş məktubdan borclu barəsində axtarış işinin açıldığı məlum olmuşdur. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş və Suraxanı rayon Məhkəməsinin 8(010)-1470/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2019cu il tarixdə 148520/17-18-12 saylı məktubla borclu Şəxs xəbərdarlıq məktubu göndərilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək üçün ona yenidən 10 gün müddətinə vaxt verilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Məşğulluq Mərkəzinə borclu Şəxs işsiz kimi qeydiyyatda olub-olmaması barədə məktub ünvanlanmışdır. Bakı şəhəri Suraxanı rayon Məşğulluq Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olmuşdur ki, Kazımov X4 rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda deyil. Borclu Şəxs bu günə 6.100 manat aliment borcu vardır. xx.xx.2020-ci il tarixli 3373 nömrəli tərtib olunmuş aktdan məlum olmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1803/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi və Suraxanı Rayon Məhkəməsinin 2(010)-3534/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədi icra məmuru Rəhman Atamoğlanovun icraatından alınaraq şöbənin böyük icra məmuru Əzizxan Eminovun icraatına verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-136/2019 nömrəli, xx.xx.2019-cu il icra sənədi üzrə ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi tələbkar X9 ilə borclu Şəxs arasında bölünərək, torpaq sahəsinin 3/5 hissəsi X7, 2/5 hissəsi isə borclu Şəxs verilməlidir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş 60.000 AZN məbləğində vəsait tərəflərin ümumi birgə mülkiyyəti olduğundan, həmin məbləğin 1/2 hissəsi olan 30.000 AZN məbləğində pul vəsaiti borclu Şəxs alınaraq tələbkar X7 verilməlidir. Məhkəmə xərcləri borclu Şəxs aid edilməlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqının məbləği olan 520 manat və ekspertiza tədqiqatının dəyəri olan 100 manat borclu Şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə İcra şöbəsinə daxil olmuş, icra sənədinin müvafiq qaydada icraatına başlanılaraq bu barədə tərəflərə məlumat göndərilmişdir. Suraxanı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş 599 nömrəli məktubdan məlum olmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-136/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş şikayət apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-136/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İcra sənədinin icrası nəzarətdə saxlanılmaqla icrası istiqamətində qanuna müvafiq tədbirlər davam etdirilir. Bu günə olan borc məbləği 36.628 manat təşkil edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borclarını ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş aliment və s. borclarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixindən saat 17.40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1555/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1555/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver