Məhkəmə qərarları › İş №3(010)-1558/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1558/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1558/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli X4 protokulun (qərarın) ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: X3 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X3 həmin protokoldan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. Şikayət ərizəsindən və X2 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X1 yaşadığı ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin MN ******* saylı xx.xx.2020ci il tarixli X4 protokulun (qərarın) ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar