Məhkəmə qərarları › İş №3(010)-1566/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1566/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1566/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, X2, xx xxxxxxxx 1970-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 32JS2BT, evli, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin məsləhətçisi X1 tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarla İ.T.Qurbanova Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə X4 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Lənkəran rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşdə olan şikayətdən və AZE seriyalı, 08189158 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İ.T.Qurbanova Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərardan verdiyi şikayət üzrə materiallar baxılması üçün aidiyyəti üzrə Lənkəran rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar