Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1567/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin, Borclu Şəxs, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 125 nömrəli evin 37 nömrəli mənzilində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında MN ******* saylı 12 noyabr 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 29.01.2018-ci il tarixli, 2(010)- 741/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 18.1 1.2014-cü il tarixli 11/062 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 8608.15 manat, əsas kredit məbləğinə hesablanmış faiz borcu üzrə 5191,2 manat, dəbbə borcu üzrə 100 manat olmaqla, ümumilikdə 13899,35 manat məbləğində, 08 noyabr 2017-ci il tarixə 15.01.2015-ci il tarixli 01/137 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 5496.8 ABŞ dolları, əsas kredit məbləğinə hesablanmış faiz borcu üzrə 4656.71 ABŞ dolları, dəbbə borcu üzrə 200 ABŞ dolları olmaqla ümumilikdə 10353,51 ABŞ dolları məbləğində borc ödəniş (qaytarılma) gününə manat məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı «İdeal Kredit» Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 29.01.2018-ci il tarixli, 2(010)-741/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 18.1 1.2014-cü il tarixli 11/062 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 8608.15 manat, əsas kredit məbləğinə hesablanmış faiz borcu üzrə 5191,2 manat, dəbbə borcu üzrə 100 manat olmaqla ümumilikdə 13899,35 manat məbləğində, 08 noyabr 2017-ci il tarixə 15.01.2015ci il tarixli 01/137 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 5496.8 ABŞ dolları, əsas kredit məbləğinə hesablanmış faiz borcu üzrə 4656.71 ABŞ dolları, dəbbə borcu üzrə 200 ABŞ dolları olmaqla, ümumilikdə 10353,51 ABŞ dolları məbləğində borc ödəniş (qaytarılma) gününə manat məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı «İdeal Kredit» Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarı ilə qeyd olunan qətnaməni icra etmədiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Bu qərardan sonra borclu tələbkara ödənişlər etməyə başlamış, lakin tələbkar borcun tam ödənilməsini istəyir. Bu səbəbdən də, tələbkar şöbəyə müraciət edərək, borcun tam ödənilməsini xahiş etmişdir. Məhkəmə qərarları ilə borclunun avtomobillərinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa, borjlu özünə məxsus torpaq sahəsinin borjun əvəzi olaraq tələbkarın xeyrinə özgəninkiləşdirməsinə dair sonuncu ilə danışıqlar aparmışdır. Borclu borcunu tam ödəmədiyindən, onun barəsində yenidən inzibati protokol tərtib edilmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Belə ki, o Suraxanı rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarı ilə qeyd olunan qətnaməni ijra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Bu qərardan sonra o, tələbkarın xeyrinə ödənişlər etməyə başlamış, hər ay mütəmadi olaraq 300 manat məbləğində ödəniş etmiş, pandemiya ilə əlaqədar olaraq ödənişləri müvəqqəti dayandırmış, daha sonra isə 1.000 manat ödəmiş, ödənişləri hər ay mütəmadi olaraq 300 manat məbləğində ödəməklə davam etdirmiş, hazırki vaxtadək borjundan 3.800 manat məbləğində ödəniş etmiş, fevral ayından isə hər ay tələbkarın xeyrinə 500 manat ödəniş etmək niyyətindədir. Bundan başqa, o, özünə məxsus torpaq sahəsini borcun əvəzi olaraq tələbkara təklif etmişdir. Bundan başqa, onun digər əmlakları da vardır və o, bu əmlakları da sataraq, borcunu ödəmək niyyətindədir. Bundan savayı onun heç bir maddi imkanı yoxdur. Bir daha qeyd edir ki, o, heç vaxt icra məmurunun qanuni tələblərindən yayınmamışdır, bacardığı qədər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmişdir və icra etmək niyyətindədir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, borclu borcundan ödəniş etsə də, tələbkar təşkilat borjun tam ödənilməsini tələb edir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdirş Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin elektron portalından çıxarışdan müəyyən olunur ki, borclu Şəxs Soba yanında fəhlə, qənnadı vəzifəsində çalışır və aylıq 105 manat əmək haqqı alır. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli qərardaddan müəyyən olunur ki, borclu Şəxs adına olan “Forland Yük” markalı ** XN *** dövlət qeydiyyat nişanlı və “Forland Yük” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli qərardaddan müəyyən olunur ki, Şəxs məxsus “Foton” yük markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli qərardan müəyyən olunur ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İcra haqqında Azərbayjan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borjlunun əmək haqqı İcra haqqında Azərbayjan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, icra məmuru tərəfindən tələb borclunun əmək haqqına yönəldilməmişdir. Belə olan halda, borjlunun İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu Şəxs icra sənədinin icrasından yayınmır, barəsində inzibati xəta haqqında qərar qəbul edildikdən sonra tələbkarın xeyrinə ödənişlər etməyə başlamış, hər ay mütəmadi olaraq 300 manat məbləğində ödəniş etmiş, pandemiya ilə əlaqədar olaraq ödənişləri müvəqqəti dayandırmış, daha sonra isə 1.000 manat ödəmiş, ödənişləri hər ay mütəmadi olaraq 300 manat məbləğində ödəməklə davam etdirmiş, hazırki vaxtadək borjundan 3.800 manat məbləğində ödəniş etmiş, fevral ayından isə hər ay tələbkarın xeyrinə 500 manat məbləğində ödəniş etməsinə, özünün digər əmlakları da sataraq, borjunun qaytarılmasına dair dair öhdəlik götürmüş, özünə məxsus torpaq sahəsini borjun əvəzi olaraq tələbkara təklif etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1567/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1567/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver